Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

BMT-dən xəbərdarlıq: “Dünya çıxılmaz bataqlığın içinə atılıb”



“Regional münaqişələr, terrorizm və qarşıdurmalar dünyanı çıxılmaz “bataqlığın” içinə atıb”.

Cebhe.info xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) katibi Antonio Quterreş deyib. O, bununla yanaşı, digər regional münaqişələr ətrafında da dünya üçün təhlükəli tendensiyaların yarandığını bildirib.

Baş katib ölkələri regional münaqişələr, terrorizm və qarşıdurmalarla mübarizəyə çağırıb: “Dünyanı təhdid altında saxlayan münaqişələr, terrorizm və qarşıdurmalara qarşı birləşmək lazımdır. Artan münaqişələr insan haqlarının pozulması hallarının sayını da artırıb. Hər gün dünyanın ayrı-ayrı yerlərində bir münaqişə ocağı yaranır. Məsələn, Şimali Koreyanın nüvə silahları dünyanı təhlükə qarşısında qoyur. ABŞ və Şimali Koreya aralarındakı bu böhranı qorxulu müharibəyə səbəb olmamış həll etməlidir”.

Antonio Quterreş Yaxın Şərqdə davam edən böhranın “düyünləndiyini” deyib: “Bu, “kor düyün”dür. İndiki halda bunu açmaq qeyri-mümkün kimi görünür. İsrail – Fələstin münaqişəsi, məzhəblərarası qarşıdurmalar, İran – Səudiyyə Ərəbistanı böhranı Yaxın Şərqi çıxılmaz “bataqlığa” çevirib. İsrail – Fələstin münaqişəsinin həlli isə uzaq gələcəkdə də həll ediləcəkmiş kimi görünmür”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений