Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bir düymə ilə dəyişən həyatımız: Xəstəliklərə “dəvət göndərir”



Həyatımızı onsuz təsəvvür edə bilmirik. Təkcə iş, ünsiyyət vasitəsi deyil, artıq həm də əyləncədir. Bu əyləncədən vaz keçmək isə bir çoxları üçün qeyri-mümkün görünür. Ancaq mütəxəssislər xəbərdarlıq edir- bu əyləncə sizə səhhətiniz, psixoloji durumunuz və hətta həyatınız bahasına başa gələ bilər. Söhbət smartfonlardan həddən artıq istifadədən gedir. Həyəcan, depressiya, yuxusuzluq - bunlar smartfonlara həddən artıq aludə olmağın yaratdığı problemlərin heç də hamısı deyil. Siyahını daha da uzatmaq və yeni-yeni narahatlıqlar əlavə etmək olar. Smartfon istifadəçiləri onunla əlaqələrin daha rahat və keyfiyyətli olmasını əsas aqument kimi irəli sürür.Mütəxissislər isə buna qarşılıq olaraq insan həyatını göstərir. Hansı daha önəmlidir? 

Azərbaycan bu sahədə “liderdir”

Azərbaycanda da mobil telefon istifadəçilərinin sayı sürətlə atmaqla yanaşı mobil internet istifadəçilərinin də artım tempi var. 2017-ci ilin yanvar ayında bu göstərici 53,58 faiz idisə, iyunda artıq 59,51 faizə çatıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, eyni zamanda, internetdən istifadədə stolüstü kompyüterlər və noutbukların payı da 6 faizə qədər azalıb. İlin əvvəlində stasionar kompyüterlərin payı 42,53 faiz olduğu halda, bu rəqəm iyunda 36,91 faizə enib. Ötən ilin ilk 6 ayı ilə müqayisədə mobil internet ölkədə 12 faizə qədər yüksəlib. Azərbaycanda mobil telefonlardan istifadə payı dünya göstəricilərini 7 faizə qədər üstələyir. Belə ki, bu ilin birinci yarısına dünya üzrə mobil internetdən istifadə 53 faizə bərabər olub.

Bir düymə... çox problem

Amerikada aparılan son araşdırmalar göstərib ki, smartfonlardan çox istifadə edən insanlar gündəlik həyatlarına təsir edəcək qədər problemlərlə üzəşirlər. Vəziyyət bir çoxlarının təxmin edə biləcəyindən də ciddidir və ekspertləri həyəcan təbili çalmağa vadar edir. “Deloitte” şirkətinin apardığı Global Mobile Sonsumer Serveyin araşdırması olduqca maraqlı və narahatlıq yaradacaq vəziyyəti ortaya çıxaırb. 18-75 yaş arasında minlərlə amerikalının iştirak etdiyi sorğudan məlum olub ki, rəyi soruşulanların 47 faizi özləri smartfonlardan istifadəni azaltmağa cəhd etdiklərini deyiblər. Səbəb təhlükə barədə oxuduqları məlumatlardır. Bəziləri smartfondan ancaq zəruri hallarda istifadə edir, bir çoxları onu gözlərindən uzaqda tutmağa çalışır, digər qrup isə səsli aramaları azaltmaqla zərəri özündən maksimum uzaqlaşdırmağa cəhd edir. Son illər səsli aramalar yerini digər funkisyalara versə də, bu il bu xidmətdən istifadə edənlərin sayında artım olub. Bununla belə rəyi soruşulanların 14%-i bildirib ki, telefonla həftədə ən çoxu 1 dəfə zəng qəbul etməyə çalışır. Şirkət mütəxəssisləri başqa bir maraqlı fakt da üzə çıxarıblar. Son 10 ildə smartfon istifadəsi artan xətt üzrə inkişaf edib. Son illər isə özünün ən yüsək həddinə çatıb. Orta statistik amerikalı gün ərzində azı 47 dəfə smartfonla hansısa formada təmasda olur. Ancaq say artımı əsasən gənclər arasında özünü daha çox gəstirir ki, bu qrupa da 18-24 yaşlılar daxildir. Bu il ərzində bu say gün ərzində 82-dən 86-ya yüksəlib. Smartfonlar vasitəsilə yükləmələr də amerikalıların marağını göstərir. Son bir ildə bu sayda da artım olub. Üstəlik, rəyi soruşulan amerikalıların 89 faizi səhər gözünü açan kimi ilk etdiyi işlərdən biri də smartfonu əlinə götürmək olur. İllər əvvəli isə onlar səhər yuxudan duran kimi idman edir, yuyunur və ya səhər yeməyi yeyərdilər. İndi smartfon bu 3 işi amerikalıların əlindən bir göz qırpımında alır. Səhər gözlərini smarfona dikərək açan amerikalıların yatmazdan əvvəl də gördükləri son şey smartfonlar olub. 2016-cı ildə smartfona baxaraq onunla “vidalaşıb” yatan istifadəçi sayı 81% olub. İndi Amerikada istifadəçilərin əksəriyyəti üçün seçim məhz smartfondur. Bu rəqəm ümumi halda 82 faiz təşkil edir. Gənclər arasında rəqəm daha yüksəkdir-93%. İstifadəçilərin orta yaşı da artmaqdadır. Təkcə gənclər yox, hətta orta nəsil də həyatını artıq smartfonsuz təsəvvür edə bilmir. 50 yaşlı amerikalılar arasında smartfon istifadəçilərinin sayındə ilbəil artım qeydə alınır. Bu rəqəmlər smartfon istehsalçılarının üzünü güldürür. Baxmayaraq ki, alıcılar smartfonları daha tez-tez yeniləmək istəməyərək istifadəçilərə əməlli-başlı ziyan vururlar. Ən tez 2-3 ildən bir yeni smartfon almağı doğru hesab edən amerikalılar ildə bir smartfon dəyişmək arzusunda olanlardan daha çoxdur. Bununla belə istehsalçılar vəziyyətdən şikayətlənmir. Müştərilər kifayət qədərdir və yaş tərkibinə görə də getdikcə artır. 

Beyin tutumu azalır

Texnoloji sahədə inkişaf həyatı asanlaşdırmaqla yanaşı, onu həm də çətinləşdirir. Xüsusilə, azyaşlılar arasında texnoloji yeniliklərə maraq onların inkişafına mənfi təsir göstərəcək qədər olur. Amerika Pediatriya Akademiyası uşaqlara mobil aparatlar verilməsinin mümkün təsirlərini araşdıraraq valideynlərə ciddi narahatlığını çatdırıb. Bəzi mütəxəssislər inkişafın sürətindən asılı olaraq uşaqların bu avadanlıqlarla təmasının 2 yaşdan əvvələ təsadüf etməsi barədə təkliflərlə razılaşmır. Amerikalı mütəxəssislər bu fikirdədir ki, uşaqların sözügedən avadanlıqla ilk tanışlığı 2 yaşdan sonra başlamalıdır. Bəzi mütəxəssisər hesab edir ki, əgər 18 aylığına kimi uşaqların qohumlarla Skype və ya FaceTime vasitəilə ünsiyyəti təmin edilirsə, bu, onlara ciddi ziyan vurmayacaq. Əksinə, sosial əlaqələrin inkişafına, mühüm təsir göstərəcək, uşaq sosiallaşaraq böyüyəcək. Amerikalı mütəxəssislər isə bunu qəbul etmir. Onlar hesab edir ki, 18 aylığından sonra valideynlər uşaqlara nəyisə izah etmək istəyəndə çətinlik çəkirlərsə, əyani olaraq texniki vasitələrdən dəstək məqsədilə yararlana bilər. Ancaq bundan tez uşaqların əlinə telefon vermək olmaz. 2-5 yaşında uşaqlar onlara verilən tapşırıqları sərbəst olaraq həll edə bilər. Ancaq bu zaman da valideynin nəzarəti mütləqdir. Əks təqdirdə, planşet və ya digər vasitələrə həddən ziyadə aludə olmaq uşaqlarda dil qüsurları yaranması, real sosial əlaqələrin təmini baxımından ciddi problemlər ortaya çıxara bilər. Eyni zamanda yuxu pozğunluğu da müşahidə edilə biləcək problemlərdəndir. Pediatrlar uşaqlara ekran qarşısında keçirdikləri zamanı da məhdudlaşdırmağı məsləhət görürlər. Bu, 1 gün ərzində maksimum 0,5 saatla yekunlaşmalıdır. Uşaqlarn ekran saatı qadağası təkcə 6 yaşa qədər keçərli deyil. Bu yaşdan sonra da uşaqlar üçün gündəlik qadağalar mütləq halda tətbiq edilməlidir. Ekran qadağasının yanında isə planşet, smartfon yasağı da qorunmalıdır. Alimlər hətta qeyd edirlər ki, telefon söndürüldükdən sonra da ətrafa radioaktiv təsir edə bilir. Əgər təxminən 15 il bundan əvvəl smartfonlarda yalnız bir şüa ötürücüsü var idisə, indi onun funksiyaları artdığı üçün bu rəqəm 3-ə çatıb. Nəticədə insan orqanizmi 3 dəfə artıq şüa almış olur. Beləliklə, telefonla oynayan uşaqlarda göz və dəri xəstəlikləri yarada bilir. Rusiyada aparılan və smartfon oynadan 5-12 yaşlı uşaqları əhatə edən araşdırma narahatlıq yaradacaq nəticələri ortaya qoyub. Məlum olub ki, radiasiya şüaları almış uşaqlarda smartfondan istifadə etməyən uşaqlarla müqayisədə beyin tutumunda azalma, diqqət dağınıqlığı və hafizə pozğunluqları yaranır. Pediatrlar xəbərdarlıq edir ki, mobil cihazlar bədənə çox yaxın təmasda olduğu zaman toxumalarda ionlaşmaya və toxumaların qızmasına səbəb olur. Bu da maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. 

Nazirlik qorunmağın yolunu göstərir

Mütəxəssislər getdikcə daha da böyüyən təhlükəni önləmək üçün bəzi məsləhətlər verir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonlardan qorunmanın aşağıdakı üsullarını təklif edir:

- Mobil telefonlarla danışıqlarınızı mümkün qədər konkret edin, şəhərdaxili və ya şəhərarası rabitə xəttinə üstünlük verin;

- Uşaqlara bu vasitədən yalnız məcburi hallarda istifadə etməyə imkan verin və mobil telefonları körpələrdən uzaq tutun, hətta qadınların hamilə olduğu dövrlərdə evdə olan bütün mobil telefonları söndürün;

- Telefonunuzu qulaqcıqlı ötürücülərlə idarə edin (bu, zərərin qarşısını tam almasa da, müəyyən miqdarda kömək edir);

- Telefonu zəngli saat rejimində baş nahiyənizə yaxın qoymayın;

- Mobil telefonun ən zərərli olduğu vaxt zəng gələndə və nömrəni yığıb “yes” düyməsini sıxdığınız andır. Bu anda telefonu başınızdan uzaq tutmaq lazımdır.

Sevil Ağazadə

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений