Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bilal Əliyev ingiliscə danışdı: Gülüş hədəfinə çevrildi - VİDEO



Yerli şou-binzesdə yeni qalmqalın təməli qoyulur.

Cebhe.info xəbər verir ki, müğənni Ceyhun Qala (Əliyev) xalq artisti Bilal Əliyevin ingilis dilində danışmağını ələ salıb.

Belə ki o, öncə "İnstagram" bloqunda Bilal Əliyevin ingilis dilində danışarkən çəkilən videosunu paylaşıb. İzləyicilər isə xalq artistinin ingilis dilində danışmağını rişxəndlə qarşılayıblar.

Daha sonra o, "ATV maqazin onlarla" proqramında B.Əliyevin ingilis dilində robot kimi danışdığını söyləyib:

"Bilal müəllim ingilis dilində elə formada danışırdı ki, elə sandım əzbərləyib. Allah onun canını sağ eləsin. İngilis dilində oxuyur. Amma Bilal Əliyev 18 yaşında cavan biri deyil axı?! Deyir ki, xarici dildə muğam oxuyacağam. Musiqinin dili olmur. Bizim muğamı niyə sevirlər? Sənətkarlarımız muğamı amerikalının qarşısında oxuyur. O da Azərbaycan dilini bilmir, amma ayaqüstə alqışlayır. Muğamlarımız toxunulmazdır".

Bilal Əliyev Cebhe.info müxbiri ilə söhbətində "Mən heç vaxt deməmişəm ki, muğamı ingilis dilində oxuyub, təbliğ edəcəyəm" - deyib:

"İkincisi də haqqımda kim nə deyirsə, Allah canını sağ eləsin. Mən kimsəyə bir söz demirəm. Söyürlər, söysünlər. Cavab verən deyiləm. Mən onları söymürəm, "sağ ol" deyirəm".

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений