Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Benzin istehsalı 5% artdı - Azərbaycanda



Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 469,2 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.

Hesabat dövründə ölkədə 1 097,6 min ton avtomobil benzini istehsal edilib ki, bu da illik müqayisədə 4,7% çoxdur.

Digər neft məhsulları istehsalına gəlincə bu ilin yanvar-noyabr ayları ərzində 169 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 539 min ton ağ neft, 1 718,4 min ton dizel yanacağı, 262,5 min ton yanacaq mazutu, 33,6 min ton sürtkü yağları, 208,8 min ton neft bitumu, 197,5 min ton neft koksu istehsal edilib.

Hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 3,5%, ağ neft istehsalı 6,9%, dizel yanacağı istehsalı 20%, yanacaq mazutu istehsalı 42,6% azalıb, sürtkü yağlarının istehsalı 3,7 dəfə, neft bitumunun istehsalı 22,7%, neft koksunun istehsalı isə 6,8% artıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений