Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bələdiyyələrin DSMF-yə borcu varmı? 



“Azərbaycanda formalaşan 1607 bələdiyyədən 1208-nin Dövlət Sosial Müdafiə Fonduna 12 milyon manat borcu var. Bunun 8.5 milyon manatı əsas borc, 3.5 milyon manat isə borca görə hesablanan peniyadır.”

Bu fikirləri Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının illik hesabat yığıncağında bələdiyyələrin ötən ilki fəaliyyətinə münasibət bildirərkən deyib.

Sektor müdirinin sözlərinə görə, bu məsələ Prezident Adminstrasiyasının, Mili Məclisin və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin daim diqqət mərkəzindədir. Həqiqətən çətin vəziyyətə düşən orqanlara müəyyən köməklik göstəriləcəkdir. Lakin bələdiyyə sədrləri də diqqətli olmalıdır.

Bəzən kifayət qədər büdcəsi olan bələdiyyə sədrləri DSMF-yə ödənilməli məbləğı ödəmir və nəticədə problem yaranır.

Bələdiyyə sədrləri istənilən halda bu məsələdə məsuliyyətli olmalıdırlar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений