Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakının məşhur körpüsündə gənc qız intihar etmək istədi - FOTO



Bu günlərdə Xəzər Rayon Polis İdarəsinə «Mərdəkan körpüsü» deyilən yerdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən bildirilib ki, idarədən yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat ötürülüb. Post-Patrul Xidməti bölüyünün əməkdaşları-polis serjantları Elvin Ramazanov və Məhəbbət Gözəlov hadisə yerinə gedib.

Təxminən 20-21 yaşlı qadın körpünün dəmir barmaqlıqlarını keçərək özünü aşağı atacağını deyirmiş. M. Gözəlov yaxınlaşaraq, onunla söhbət edib, fikrindən yayındırmağa çalışıb. E. Ramazanov isə arxadan qadını tutaraq, ölümdən xilas edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений