Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakının “həlledilməz” problemi: Nəqliyyat Agentliyi məsulyyəti sahibkarların üstünə atdı



Bakıda hələ də ayrı-ayrı marşrut xəttlərində də əhaliyə yararsız avtobuslar xidmət göstərir.

Düzdür, rəsmi qurumlar istismara yararsız avtobusların sayını tam olaraq açıqlamırlar. Ancaq görünən odur ki, Bakıətrafı qəsəbələrə gedən avtobusların əksəriyyəti yararsızdır. Çünki hələ də yolda xarab olub qalan avtobuslar var. Sərnişinlərin istifadəsinə uzun illər öncə verilən bu avtobusların yeniləri ilə əvəzlənməsinə ehtiyac olsa da, aidiyyəti qurumlar bu məsələdə hələ də susqunluq nümayiş etdirir. 

Daşıyıcılar isə nasaz avtobusların yeniləri ilə əvəzlənməsi, yaxud da köhnələrin əsaslı təmir olunması üçün yetərli maliyyə imkanlarının olmadığını bildirirlər. Nəticədə isə əziyyət çəkən sərnişinlər olur. Son vaxtlar nasaz avtobuslarun hərəkəti insanların səbir kasasını doldurub. Sərnişinlər sosial xidmətin bu şəkildə göstərilməsini müasir zaman üçün doğru hesab etmirlər. 

Çox hallarda daşıyıcılar vəziyyətdən çıxmaq üçün xəttə buraxılan avtobusların istismar müddətinin hələ bitmədiyini vurğulayırlar. Amma müşahidələr əksini deyir və həqiqətən də bəzi marşrut avtobuslarının vəziyyəti sözün əsl mənasında bərbaddır. Dəfələrlə hərəkət zamanı ictimai nəqliyyatda ətrafa yayılan qəribə səslərin, yırğalanmaların, salondakı tutacaqların, oturacaqların, qapıların, pəncərələrin sınıq-sökük olmasının şahidi olmuşuq. Görüntü olaraq xoş olmayan bu vəziyyət avtobuslarla hərəkət üçün mövcud dövrdə utancverici haldır. Bəzən avtobus qapılarının doğru-dürüst bağlanmaması və sürücünün məcbur qalıb nəqliyyat vasitəsini qapı açıq vəziyyətdə idarə etməsi də nasazlığın bir əlamətidir. Avtobusların o vəziyyətdə idarə olunması düzgün deyil.

Nəqliyyat vasitəsinin hər hansı bir hissəsində nasazlıq varsa, onlar aradan qaldırılmalıdır. Əgər nasazlıq avtobus xətdə olan zaman baş veribsə, axşam istehsalat bazasına qayıdandan sonra təmir olunmalıdır. Çünki istənilən nasazlıq avtobusun hərəkətinə və sərnişinlərə xidmətə təsir edir. Bu cür nəqliyyat vasitələri həmin an xətdən çıxarılmalı, problem istehsalat bazasında aradan qaldırılmalıdır. Amma təəssüflər olsun ki, Bakı avtobuslarının əksəriyyəti hələ də yararsız halda xəttdədir. Uzun müddət aradan qaldırılmayan problemlərin nəticəsi onu deməyə əsas verir ki, həm daşıyıcılar, həm də Bakı Nəqliyyat Agentliyi (BNA) işə səhlənkarlıqla yanaşır. 

Maraqlıdır, istismar müddəti bitmiş nə qədər avtobus xəttdədir və onların yenilənməsi nə vaxt baş tutacaq?

“Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ətraf ərazilərə işləyən sərnişin avtobuslarının yenilənməsi işləri davam edir: “Bu çərçivədə 1000-nə yaxın avtobus əsaslı təmir edilb. İstehsalat bazaları yenidən təşkil edilib. Eyni zamanda, yeni nəqliyyat vasitələrinin alınıb gətirilməsi üçün də zəruri işlər görülür. 50%-nin texniki baxımdan yenilənməyə ciddi ehtiyacı var. Bu çox böyük rəqəmdir və elə ona görə Bakı Nəqliyyat Agentliyi dəfələrlə bu məsələni gündəmə gətirir. Avtobuslar daşıyıcılara aiddir və biz onlar qarşısında tələb qoymuşuq. Bu tələbin icrası üçün bütün zəruri işlər görülür”. 

Qurum rəsmisinin sözlərinə görə, bu gün dövlət bu və digər sahədə fəaliyyət göstərən daşıyıcılar üçün olduqca əlverişli sağlam biznes mühiti yaradıb: “Daşıyıcı da zəhmət çəkib sərnişindaşımanın inkişafına, müasirləşməsinə çalışmalı, bunun üçün real addımlar atmalıdır. Kim bunu edəcəksə marşrut şəbəkəsində qalıb fəaliyyət göstərəcək. Bizim üçün önəmli olan sərnişinlərin rahatlığı və təhlükəsizliyidir. Məqsədimiz insanlara normal xidmətin olmasıdır. Hamımız avtobusdan istifadə edirik, niyə axı kiminsə yanlış hərəkətinə, ya məsuliyyətsiliyinə görə sərnişinlərimiz çirkli təhlükəli avtobusda getsin? Niyə insanlar daşıyıcının maddi imkanı yoxdu deyə əziyyət çəkməlidir? İmkanı yoxdu sektordan çıxsın, başqa işlə məşğul olsun. Sərnişindaşıma həm də sosial sahədir, sosial xidmətdir. Buranın öz qaydaları və qanunları var. Qanunvericilikdə əks olunub və bunlara əməl eləmək lazımdır”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений