Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakını bürüyən toz xəstəlik yaradır - Ekspertdən xəbərdarlıq



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, bu gün ölkə ərazisində gecə saatlarından başlayaraq, havada olan tozun miqdarı sanitar normadan artıq olub. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz dumanının daxil olmasıdır.

Maraqlıdır, belə hava şəraiti səhhətində problem olan insanlar üçün hansı problemlər yarada bilər?

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O, bildirib ki, hazırkı vəziyyət xüsusən də, yuxarı tənəffüs yolu xəstələrində müəyyən problemlərə yol aça bilər: 

“Havada tozun miqdarı normadan artıq olarsa, insanlarda yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri yarana bilər. Bu səbəbdən də hazırkı hava şəraitində belə xəstələr nəfəs alarkən, qoruyucu vasitələrdən istifadə etməlidir”. 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.

Qeyd edək ki, sabah toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений