Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıdan Sumqayıta kim çörək göndərir? - Zavodlardan qadağa ilə bağlı AÇIQLAMA



Xəbər verdiyimiz kimi, Bakıda müəyyən çörək zavodlarının istehsal etdiyi çörəklərin Sumqayıtda satışına qadağa qoyulub.

Məlumata görə, market sahibləri şəhər icra hakimiyyətinə çağırılıb və başçının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub. Onlara yalnız Sumqayıt çörək zavodunun məhsullarını satacaqları ilə bağlı xəbərdarlıq edilib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev yayılan xəbərin həqiqəti əks etdirmədiyini qeyd edib.

O bildirib ki, hansı çörəklərə tələbat varsa, onun da satışı təmin edilir. Bu gün marketlərdə çoxsaylı çörək çeşidləri var. Onun sözlərinə görə, Sumqayıt zavodlarında istehsal olunan çörəklər daha çox alınır. 

Maraqlıdır, bu gün Bakıda fəaliyyət göstərən hansı çörək zavodları məhsullarını Sumqayıt bazarlarına çıxara bilir?

Bir neçə çörək zavodu ilə əlaqə saxladıq.

“Gilan N1” Çörək Zavodu ilə əlaqə saxladıq. Zavodun Sumqayıt şəhəri üzrə satış müdiri Ramin Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, gün ərzində təxminən 5 minə yaxın çörək Sumqayıta aparılır: 

“Baş verən hadisələrin bizə təsiri yoxdur. Həmişəki kimi Sumqayıta çörək aparılır. Bizə qarşı hər hansı maneəçilik yoxdu”.

“Serham” Çörək Zavodundan isə bildirilib ki, Sumqayıta ümumiyyətlə çörək aparılmır: 

“Yola görə Sumqayıta çörək aparmaq sərfəli deyil. Bu səbəbdən heç zaman Sumqayıta çörək aparılmayıb”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений