Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda ölən ərəb turistlə bağlı hoteldən AÇIQLAMA: "Deyirlər ki, yanında 3 qadın..."



Xəbər verdiyimiz kimi, yanvarın 8-də Bakıda Zərdabi küçəsində yerləşən “Ariva” hotelin 311 nömrəli otağında qalan ərəb turist dünyasını dəyişib. Ərəb turistin əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçindiyi haqda mediada məlumatlar yayılıb.

İstinad: “İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib”.

Məsələyə qarşı tərəfin də münasibətini öyrəndik.

“Avira” hoteldən bildirilib ki, dünyasını dəyişən Məsfənir Oman Əlbillahi 55 yaşı olub. Cebhe.info-ya açıqlama verən hotelin meneceri ürək xəstəsi olduğu bildirilən ərəblə bağlı yayılan informasiyalarda yanlışlıq olduğunu qeyd edib: “Bəzi informasiyalar yanlışdır. Xəbərlərdə qeyd olunur ki, ərəbin yanında 3 qadın da olub. Xeyr, o otaqda tək olub”. 

Qeyd edək ki, fakt üzrə istintaq davam edir.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений