Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda oğurluğun artmasıyla bağlı ilginc iddia: Əvvəl domofon satanlar gəlir, sonra oğrular?



Domofon şirkətlərindən birinin reklam çarxında oğurluq hadisəsi göstərilir. Narahat ailə tələsik domofon quraşdırır. Və məmnunluq, kinayə ilə domofon vasitəsilə qapının qarşısındakı oğruları seyr edir.   

Cebhe.info-nun xəbərinə görə, son vaxtlar domofon şirkətlərinin binaların dəhliz qapılarına domofon quraşdırılması ilə bağlı təbliğat halları çoxalıb. Bununla bağlı bir sıra iddialar ortaya çıxıb.

Domofon şirkətlərinin əməkdaşları sakinlərə öz xidmətlərini təklif edir və bunun əksinin nə qədər təhlükəli olduğu ilə bağlı təbliğat aparırılar. Sakinlər isə bundan imtina edirlər.

Bir qədər keçir və məhz həmin dəhlizdə sakinlərin birinin evində oğurluq hadisəsi baş verir. Beləcə, belə bir iddia yaranmış olur. Bəlkə baş verən oğurluq hadisələrini həmin şirkətlər təşkil edir? Öz məhsullarının satışının daha da genişləndirilməsi məqsədi ilə. Hətta, domofon şirkətlərinin əməkdaşlarının reklam məqsədilə üz tutduğu dəhlizlərin sakinlərinin təşvişə düşdüyü bildirilir.

Təbii ki, bunlar ehtimaldır. Hər bir cinayət hadisəsini araşdırıb, cinayətkarları cəzalandırmaq hüquq-mühafizə orqanlarının üzərinə düşür.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений