Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda maşın oğruları tutuldu



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanılıblar.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Alı Mustafayev küçəsindən Ağsu rayon sakini Nizami Kərimliyə məxsus "Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Vəliyev saxlanılıb. Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений