Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda gündə 100-150 manat qazanan dilənçilər: Onlar üçün heç bir cəza yoxdur



Bakıda dilənçiliklə məşğul olan şəxslərə əhalinin sıx olduğu yerlərdə, daha çox metro stansiyalarının çıxışlarında, metro keçidlərində, hətta vaqonlarda, şəhərin hərəkət sıxlığı olan küçələrində, parklarda rast gəlinir.

Sosial araşdırmalar göstərir ki, dilənçilər iki qrupa bölünür: dələduzlar və kölələr. Onlar gündəlik yer pulu ödəyirlər. Dilənçilərin 40 faizi zorla saxlanılır və ancaq yemək üçün işləyirlər. Adətən onlar heç kimləri olmayan adamlardır və dilənçilik edənlərin çoxu azyaşlılardır. Bəzi “sahibkarlar” tərəfindən zorla dilənçiliyə məcbur edilən şəxslərin sayı da az deyil. Araşdırmalara görə, Azərbaycanda dilənçilərin gündəlik gəliri 100-150 manata yaxın olur. 

Qeyd edək ki, hələ sovet dönəmində dilənçiliklə məşğul olmaq, avaraçılıq etmək cinayət tərkibli əməl hesab olunurdu. Yəni, CM-nin 215-si maddəsi əsasında onlar cinayət məsuliyyətinə cəlb olunurdular. 1991-ci ildən sonra bir sıra konvensiyalara qoşulmaqla bu maddələr CM-dən çıxarıldı.

Məlumatlara görə,  dilənçilərin məsuliyyətə cəlb olunması üçün Azərbaycanda qanuni əsas mövcud deyil.

Maraqlıdır, buna gərək varmı? 

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, əgər şəxsin məcburi dilənçiyinə cəlb olunması faktı varsa, buna görə məsuliyyət nəzərdə tutulur: “Amma əgər insan könüllü olaraq dilənçiliklə məşğul olursa, heç kimin məcburiyyəti ilə bunu etmirsə, bu, məsuliyyət yaratmır.

Sovet dövründə işləmək belə məcburi idi. Yəni, Cinayət Məcəlləsində avaraçılıqla bağlı maddə vardı. İşləməməyə görə insanlar hətta cinayət məsuliyyətinə cəlb olunurdular. Bazar iqtisadiyyatı olan ölkələrdə bu sistem mümkün deyil.

Yəni, insanları işləməyə məcbur etmək olmaz. Bu, o cümlədən dilənçilərə də şamil olunur. Bu məsələdə yalnız mənəvi məsuliyyətdən söhbət gedə bilər. Məsələn, dəfələrlə eşidirik ki, azyaşlıları məcburi əməyə, dilənçiliyə cəlb edirlər. Bu, cinayət əməlidir. Məcburi dilənçiliyə cəlb olunma məsələsi daha çox insan alveri ilə bağlı maddədə tənzimlənir.

Bu, ağır cinayətdir. Ən azı 5 ildən 10 ilə qədər cəza tətbiq edilir. Əgər eyni cinayət əməlinə yetkinlik yaşına çatmayan bir neçə şəxs cəlb edilibsə, 12 ildən 15 ilə qədər cəza tətbiq oluna bilər”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений