Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bakıda gecə klubunun sahibəsi tanışı tərəfindən zorlanıb?



Bakının mərkəzindəki gecə klubunun sahibəsi polisə ərizə yazaraq tanıdığı kişi tərəfindən zorlandığını və həmin şəxsin ondan hədə-qorxu yolu ilə pul aldığını bildirib.

Cebhe.info xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Paytaxtın Manafov küçəsində yerləşən müəssisənin 1989-cu il təvəllüdlü sahibəsi S.O. Nizami rayon Polis İdarəsinin 22-ci bölməsinə ərizə ilə müraciət edib.

S. O, bildirib ki, sentyabrın 24-də saat 04:00-da 1968-ci il təvəllüdlü tanışı Abdullayev onu bıçaqla hədələyərək zorla cinsi əlaqədə olduqdan sonra hədə-qorxu yolu ilə pul tələb edib.

Lakin araşdırma aparılarkən məlum olub ki, məsələ bir qədər fərqlidir. Əməliyyatçılar cinayətdə şübhəli bilinən şəxsi dindiriblər və o, etiraf edib ki, həmin gecə möhkəm sərxoş olub.

Kişi ilə çoxdan tanıdığı müəssisə sahibəsi arasında münaqişə baş verib. O bildirib ki, qız öz tanışlarının yanında onunla pis rəftar edib. Bu isə Abdullayevi həddindən artıq hiddətləndirib və o, bıçağa əl ataraq qızdan izahat tələb edib. Lakin heç bir zorlama və təhdidlə pul tələbi olmayıb.

Abdullayevə inzibati sanksiya olaraq 30 sutkalıq həbs tətbiq edilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений