Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda Ərəbistan toz-dumanı... - Açıqlama



Bir neçə gün öncə Bakıda müşahidə edilən toz-duman artıq iki gündür sovuşub və tamamilə yox olub.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mətanət Ayvazova bir neçə gün öncə Bakıda və Abşeron yarımadasında müşahidə edilən Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə gəlmiş toz-dumanlı hava ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, toz-dumanlı hava qısa müddətli bir proses olub və dünəndən etibarən tamamilə çəkilib:

“Bakıda bu tip hava ilə bağlı əhaliyə əvvəlcədən xəbərdarlıq. Yaxın günlərdə belə bir toz-duman müşahidə edilməsi gözlənilmir”.

Qeyd edək ki, iki gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı məlumat vermişdi.

Bildirilmişdi ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 21 noyabr 2017-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olmuşdu.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений