Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda dəhşətli olay: İnsanların gözü qarşısında arvadının üstünə benzin töküb yandırdı



Bu dəqiqələrdə Bakı şəhərində dəhşətli hadisə baş verib. Ər öz həyat yoldaşını qətlə yetirməyə cəhd edib.

Cebhe.info əməkdaşının verdiyi məlumata görə, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 40 ünvanında, “ 1 manat shop” mağazasında baş verib. Belə ki, orta yaşlı kişi həyat yoldaşının üzərinə neft tökərək onu yandırıb.

Ətraf dükanlardan və küçədəki sakinlərdən qadına kömək edilsə də, o, ciddi yanıq xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və qadın xəstəxanaya aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, qadın təcili tibbi yardım maşınına qoyulanda huşu özündə olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Onu da bildirək ki, hadisə baş verən ərazidə yerləşən bütün mağazalar müvəqqəti olaraq bağlanıb. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений