Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda daha hara sürüşür? - TƏHLÜKƏ ARTAN ƏRAZİLƏR



Xəbər verdiyimiz kimi, artıq bir müddətdir ki, Bakıda Bayıl ərazisində, Teleqüllə ətrafında yaşayış məskənlərinin də olduğu ərazidə çatlar genişlənib. Mütəxəssislər bildirilib ki, bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də, yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir. Aparılan tədqiqat işləri müddətində Bayıl yamacının altında iki yeraltı çayın axdığı da müəyyən edilib.

Artıq bir müddətdir ki, ərazidə aparılan tədqiqat işləri yekunlaşıb. Maraqlıdır, bu tədqiqat işlərinin nəticəsi necə olub?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Cebhe.info-ya açıqlamasında son vəziyyətdən danışıb. Bir müddət öncə ərazidə quraşdırılan mayaklarda çatların aşkarlandığını deyən Ə.Qaralov hazırda vəziyyətin stabil olduğunu söyləyib:

“Bayıldakı sürüşmə prosesində stabillik müşahidə edilir. Heç bir aktivlik qeydə alınmayıb. Qoyduğumuz mayaklarda da çat, aktivlik hiss müşahidə olunmayıb. Apardığımız müxtəlif araşdırmaların hazırda komeral təhlili aparılır. Yaxın bir neçə gündə nəticələri Milli Geoloji Kəşfiyyat İdarəsinə təqdim edəcəyik”.

Bəs, respublikanın digər sürüşmə zonaları hansılardır? 

Xətai rayonundakı Zığ ərazisində də sürüşmə sahəsi var. Həmçinin, Abşeron rayonunun "Nübar" qəsəbəsində uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsinin "Zəli gölü" ərazisində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilir.

Lakin qeyd olunan ərazilərdəki mövcud çatlarda genişlənmə müşahidə olunur. Suraxanı rayonu Zığ qəsəbəsində ayrı-ayrı sahələrdə qrunt sularının yer səthinə çıxışı, bəzi ərazilərdə lokal sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.

Bundan başqa Sabunçu rayonunun Maştağa qəsəbəsinin Nizami küçəsi boyunca bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində aktivlik müşahidə edilib. 

Həmçinin Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Günəşli yaylası küçəsindən tektonik qırılma xətti keçir. Təbii və texnogen amillərin təsirindən aktivləşmə baş verib. 

Bölgələrdə yağan yaşılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunub.

Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün aktiv sürüşmə sahəsində yerləşir. Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir. 

Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aktivlik qeydə alınıb. Şamaxı şəhəri, 48-A məhəlləsi — sürüşmə sahəsi üzərində qeydə alınan çatların ölçülərində artım baş verib, sürüşmə sahəsində aktivlik müşahidə edilir və sürüşmə sahəsi genişlənib.

Məlumata görə sürüşmə sahəsi üzərində olan çatların parametrləri artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə aktivləşib və uçqun-töküntü hadisələri müşahidə olunub. Muğanlı-İsmayıllı yolu da srüüşmə üçün aktiv zonalardan biridir. Bundan başqa Çuxuryurd meydan yolunun 4-cü kilometrliyində aktivləşmə müşahidə olunub. Astara rayonunda Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də sürüşmə sahələri aktivləşib. Şabran rayonunun Qazbabalı kəndində də aktivləşmə müşahidə edilir.

Bundan başqa Lənkəran-Lerik yolunun 16-17-ci kilometrliyində aktivləşmə artıb. Hazırda ən çox təhlükəli zonalara Bakı-Rusiya yolunun Siyəzən, Şabran rayonu ərazisindən keçən hissəsi daxildir.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений