Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda avtobus qəza törətdi, yolda tıxac yarandı - Fotolar



Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsində baş verib. Nəticədə qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Şahidlərin sözlərinə görə, qəza “VAZ 2107” markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.

“VAZ 2107” markalı avtomobillə toqquşan nəqliyyat vasitəsi daha sonra 94 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa dəyib.

Xətt üzrə daşıyıcının verdiyi məlumata görə, sərnişinlər arasında xəsarət alan olmayıb.

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений