Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı metrosunda SON DURUM: Bu stansiyalara giriş dayandırıldı



Bu dəqiqələrdə Bakı Metropoliteninin iki stansiyasında işıqların söndüyü bildirilir. Bu səbəbdən stansiyalarda hərəkət dayanıb.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında deyib ki, yaşıl və qırmızı xətlərdə qrafik normal axarında işləyir:

“Problem bənövşəyi xəttin "Avtovağzal” və ”Memar Əcəmi” stansiyalarındadır. Ora gələn elektrik xətlərində gərginlik yoxdur. Bu səbəbdən qatarlar işləmir. Stansiyalar 16:10 dəqiqədən girişə bağlanıb. Problem bizlik deyil. “Azərenerji” və ya “Azərişıq”dan gələn xətlərdəki məsələdəndir”. 

Son dəqiqədə aldığımız məlumata görə, "20 Yanvar" stansiyasında da işIqlar sönüb.

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений