Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı güc mərkəzinə çevrilir



Bakı yenə böyük güclərin mərkəzinə çevrildi. Rusiya və NATO generalları görüş üçün növbəti dəfə Bakını seçdilər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı ordu generalı Kertis Skaparroti ilə görüşəcək.

Qeyd edək ki, Rusiya və NATO arıq 3-cü dəfədir ki, Bakıda görüşür. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib. Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edilib, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Artıq Azərbaycan güc mərkəzi və sabitlik üçün danışıqlar meydanına çevrilib. Bu artıq etimad və tərəfdaşlığın göstəricisidir. Maraqlıdır, görüşlər zamanı hansı razılıqlar əldə oluna bilər?

“Bakı artıq beynəlxalq şəhər statusu alıb”

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində  görüşün Bakıda keçirilməsini zəruri edən amillərə toxunub. N.Məmmədovanın sözlərinə görə, burada Azərbaycanın balanslaşdırılmış siyasət aparmasının böyük rolu var: “NATO və Rusiya arasında 2014-cü ildə münasibətlərin pisləşməsindən sonra bu sayca 3-cü görüşdür. NATO 2018-ci ili münasibətlərin normallaşması ili kimi qəbul edib və bu görüş də onun bir ifadəsidir. Əvvəllər bu cür görüşlər adətən, Minskdə keçirilirdi. İndi bu status Bakı əldə edib. Son illərdə Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunları yanaşı siyasi görüşlər, zirvə toplantıları da artıq Bakıda keçirilir. Bu baxımdan Bakı artıq beynəlxalq şəhər status alıb. Bu baxımdan NATO və RUsiya generalının Bakıda görüşməyi daha üstün tuturlar. Digər tərəfdən, Azərbaycan balanslaşdırılmış xarici siyasət aparır. Həm NATO ilə Azərbaycanın yaxşı münasibətləri var, həm də Rusiya ilə strateji tərəfdaşdır. Bu da görüşün Bakıda keçirilməsini zəruri edən amildir”.

Politoloq hesab edir ki, görüşün yeri qədər seçilən zaman da diqqəti cəlb edir: “Hazırda NATO və Rusiya arasında münasibətlərində gərginlik son həddə çatıb. Rusiya bir müddət öncə ABŞ və Avropa ölkələri ilə diplomatik böhran yaşadı. Suriya məsələsində bu güclərin maraqları ziddiyyət təşkil edir. Görüşün belə biz zamanda keçirilməsi təbii ki, diqqəti cəlb edir. Digər tərəfdən təkcə Suriya deyil, Ukrayna məsələsində də NATO və Rusiya qarşıdurma vəziyyətindədir. NATO Ukraynanı genişləndirilmiş imkanlar proqramına daxil edib ki, bu da Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir. Hesab edirəm ki, bütün bunlarla yanaşı həm də dünya silah bazarında olan vəziyyət, Ermənistanda baş verən ixtişaşlar, sanksiyalar və sair kimi məsələlərdə iki generalın gündəmində olacaq”. 

Nəzakət Məmmədova hesab edir ki, NATO generalı Bakıya Pentaqonun icazəsi ilə gəlib: “Obamanın prezidentliyi dövründə Bakıya gələn NATO generalına rus hərbçilərlə birbaşa təması qadağan edilmişdi. Ancaq artıq görürük ki, NATO generalı məhz Pentaqonun razılığı ilə rusiyalı həmkarı ilə görünür. Hesab edirəm ki, NATO generalı görüş barasində Pentaqona məruzə edəcək və Rusiya ilə bağlı birgə fəaliyyət planlarını həyata keçirəcəklər”.

V.Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений