Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bahalaşma xəbərdarlığı edildi: Martın 1-dən…



Türkiyədən Azərbaycana yükdaşıma (karqo) xidməti həyata keçirən "Polar Kargo" şirkəti fəaliyyətini dayandırıb.Buna səbəb Azərbaycan gömrüyünün yeni sistemə keçməsi, eyni zamanda gömrük rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlərin və alınan digər haqların artmasıdır.Məlumat üçün bildirək ki, “Polar Kargo” yük daşımaları üzrə beynəlxalq nəqliyyat xidməti kimi fəaliyyət göstərirdi.Şirkət uzun illərdir ki, əvvəl Azərbaycana, sonra Çinə, Dubaya, həmçinin Türkiyə üzərindən Avropaya daşımaçılıq xidməti həyata keçirib. “Polar Kargo” tekstil, pərakəndə, texnologiya, sənaye və avtomobil kimi iri və əsas sektorlara 100-dən çox marka və şirkətə maddi-texniki dəstək verib.

"Cümhuriyət" qəzetinə daxil olan məlumata görə, Türkiyədən Azərbaycana yük daşımaçılığında fəaliyyət göstərən müxtəlif karqo şirkətlər var. Əvvəllər hər kiloqram yükün qiyməti təxminən 2-2.50 dollar civarında dəyişirdi.Ötən həftə qiymətlərdə baş verən artım sahibkarların haqlı narazılığına səbəb olub.İş adamlarına, o cümlədən, sahibkarlara bildirilib ki, yükün 1 kiloqramı üçün qiymət 5 dollar (8.50 manat) olacaq.Əgər sahibkar malını kubla göndərərsə, o zaman 1000 dollar (1700 manat) olacaq.Halbuki əvvəllər sahibkar bir kuba görə 500 dollar ödəyirdi.

Qiymət artımından sonra bir sıra karqo şirkətlər artıq Türkiyənin müxtəlif şəhərlərindən mal qəbulunu dayandırıb.Qiymət artımı daşımaçılıqla məşğul olan şirkətlərlə yanaşı, azərbaycanlı sahibkarlara da ciddi problem yaradıb.Aydın məsələdir ki, Azərbaycan istehsalçı ölkə deyil.Əgər təkcə ticarət mərkəzlərində satılan mallara fikir versək, görərik ki, ölkə geyim mallarının təxminən 80-90 faizini idxal edir.Analoji vəziyyəti ərzaq məhsullarına, eləcə də digər sahələrə də şamil etmək olar.

Kubda və kiloqramda olan qiymət artımı heç şübhəsiz bahalaşmanı da özü ilə birgə gətirir.Qiymət artımı birbaşa olaraq malın maya dəyərinin artmasına səbəb olacaq.Təbii ki, bu da ilkin variantda bazarda qiymət artımı müşahidə olunmasını qacılmaz edir.

Qeyd edək ki, sözügedən məsələ təkcə Türkiyə ilə Azərbaycan arasında müşahidə olunmur.Analoji problemin artıq Çindən Azərbaycana yükdaşımaçılıqla məşğul olan karqo şirkətlərində də yarandığı bildirilir.Onlar sahibkara qiymət barədə konkret olaraq heç bir söz demirlər.Ehtimal olunur ki, Çindən Azərbaycana yükdaşıma xidmətlərində qiymət artımı dalğası başlayacaq.Malın bir kubu üçün təxminən 1000 dollara qədər qiymətlərin artırılması gözlənilir.Hansı ki, əvvəllər qiymət 300-350 dollar arasında dəyişirdi.Bu da onu deməyə əsas verir ki, yükdaşımaçılıqda 2-3 dəfədən artıq qiymət artımı olacaq.

Əldə etdiyimiz məlumata görə, ötən həftə Türkiyədəki iş adamları aldıqları malı Azərbaycana göndərməkdə tərəddüd ediblər. Çünki onlar bilir ki, daşımaçılıqdakı qiymət artımı malın maya dəyərinə birbaşa təsir edir, bu da birbaşa satışa sıçrayacaq.İstənilən halda ölkənin indiki durumunda bunun ciddi sosial narahatlıqlar yaradacağı danılmazdır.Bu cür situasiyalarda sahibkarların normal fəaliyyət göstərməsi və bazarlarda uyğun qiymətlərin oturuşması üçün müəyyən güzəştlər tətbiq etmək lazımdır.Sözügedən karqonun fəaliyyətinin dayandırılması ətrafında müəyyən fikirlər səslənir.Ehtimallara görə, daşımaçılıq xidməti monopolist şirkətlərin əlinə keçir.Fəaliyyətini dayandıran “Polar Kargo”nun yerinə hansı şirkətin fəaliyyət göstərəcəyi hələlik bəlli deyil.

Bu gün Çindən Azərbaycana bir karqo şirkəti yük daşıyır.20 ilə yaxındır ki, hava daşımaçılığı bir şirkətin əlində cəmlənib.Hava yolu ilə alternativ bir şirkət Azərbaycana yük daşıya bilməz.Analoji vəziyyət avtomobil və dəmiryol vasitələrinə da şamil olunur.Burada da yük daşımaçılığını bir şirkət həyata keçirir.

Çindən Rusiyaya, Qazaxıstana, Qırğızıstana, Tacikistana, Gürcüstana, Ukraynaya, eləcə də digər ölkələrə yüzlərlə karqo xidməti göstərən şirkətlər var. Fərq bundadır ki, Azərbaycanda bu xidmət növü ilə bir və ya iki şirkət məşğul olur. Hazırda Azərbaycanın ticarət sektorunda bir durğunluq hökm sürür.Bütövlükdə sahibkarlar gözləmə mövqeyini tutub.Ehtimal olunur ki, narazılığın qarşısını almaq üçün daşımaçılıqda müəyyən endirimlər olsun. O da aydındır ki, əvvəlki qiymətlər olmayacaq...

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений