Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Azəriqaz” belə qazanır - Əhalidən kəsib istixanaya, qazdan kəsib havaya..: Məsələni 10 dəqiqə həll edir



Mirvari Qəhrəmanlı: “Qazın verilişi təmin olunandan sonra hər sayğacda 10 dəqiqə hava istehlakçı üçün kifayət qədər qiymət artırır

“Azəriqaz” İstehsalat Birliyi daha iki rayonda qaz təchizatında məhdudiyyətlər olacağını açıqlayıb. Qurumun bildirdiyinə görə Nəsimi və Yasamal rayonlarında qaz təchizatı şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə qazın verilişi dayandırılıb. Yəni aparılacaq işlər 530 millimetrlik iri diametrli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə bağlı görüləcək.

Qeyd edək ki, qış ayları başlayandan “Azəriqaz” İB hər gün iki rayonda qaz təchizatında məhdudiyyətlər yaradır. Maraqlı məqam isə ondan ibarətdir ki, qazın verilişi dayandırılacağı elan olunan rayonlarda müxtəlif diametrli qaz xətlərində qazsızmaların olduğu aşkarlanır.

Ekspertlər hesab edir ki,  mövcud problem büdcədən pul silmək məqsədilə qurum tərəfindən bilərəkdən yaradılır. Bundan isə əhali əziyyət çəkir. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında broyler sexləri və istixanaların yox,  yalnız əhalinin qazının kəsildiyinə diqqət çəkib: “Bu vaxta kimi yalnız əhalinin qazı kəsilir. “Təmir işləri” yalnız əhaliyə verilən qaz xətlərində olur. Düşünürəm ki, bu işlər yalnız əmələ gələn itkiləri bağlamaqdan ötrüdür. İl başlayandan Nizami rayonunda iki dəfə qaz təchizatı dayanıb. Səbəbini soruşmuşam deyiblər ki, 325 millimetr diametrli boruda qaz sızması var və orada təmir gedir. Yerini soruşdum və bildirdim ki, baxmaq istəyirəm, demədilər. Ondan iki gün sonra ayrı rayonda yenə yazırlar ki, 325 millimetrlik diametrli boruda problem var. Bu ölkədə 325 millimetrlik diametrli borunu bütün il boyu təmir edirlər. Təəssüflər olsun ki, bu məsələnin ucuna gedib çıxa bilmədim. Kimsə getsə də yenə o kəmərin ucunu tapa bilməyəcək. Hesab edirəm ki, ölkədə olan qaz itkisinin qarşısını almaq üçün müxtəlif bəhanələrlə qazı saxlayırlar. Qazın verilişi təmin olunandan sonra hər sayğacda 10 dəqiqə hava istehlakçı üçün kifayət qədər qiymət artırır. Çoxlu səbəblər var. Amma “Azəriqaz” mətbuata və əhaliyə məlumat vermir”. 

Hüquq müdafiəçisinin sözlərinə görə, yayda qazın kəsilməsinə təsadüf olunmur: “Amma bir məsələ var. İstehsalçı ilə istehlakçı arasında bağlanan müqaviləyə görə istahsalçı istehlakçını fasiləsiz standartlara uyğun qazla təmin etməlidir. “Azəriqaz” öhdəliyini pozur. Buna görə heç bir istehlakçı tərəfindən məhkəməyə müraciət olunmayıb. Bir dəfə müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəməyə müraciət olunsa, çox şey ortaya çıxacaq”. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений