Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlı məmurların Rusiya qorxusu – “Məgər Stalin bizim qəhrəmanımızdır?”



“Bəzi məmurlarımız Rusiyadan niyə bu qədər qorxur, çəkinir? Televiziya kanallarının birində “Rusiya Krımı işğal edib” dedim, qayçıladılar və adımı “qara siyahıya” saldılar”.

Cebhe.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu danışıb.

“Rusiyanın Ukrayna siyasətini tənqid edən Andrey Makareviç Bakıda konsert vermək istəyirdi, biletlərinin satılmasına rəğmən, konsertini ləğv etdilər, Çexiyadakı səfirimiz rusiyalı həmkarının çağırışı ilə “rus generalın abidəsinə toxunmayın” məktubuna erməni səfirlə birgə imza atdı, indi də Mədəniyyət Nazirliyimiz ingilislərin Stalin haqqında çəkdiyi filmi Azərbaycanda yayımına qadağa qoyub, yeganə səbəb də odur ki, bu filmi birinci Rusiya öz ərazisində qadağan edib. Rusiyanın bu qadağasından bizə nə? Biz 1991-ci ildə müstəqilliyimizi elan etməmişikmi? Məgər Stalin bizim qəhrəmanımızdır? On minlərlə qaymaq vətəndaşımızı qətlə yetirib bu sistem. Buna görə həm Stalinə, həm də onu yaradan bolşevik-kommunist sistemə lənət düşür. Düz eləyib filmi çəkən ingilislər Stalini və onun qurduğu rejimi məzhəkəyə qoyublar. İkinci Dünya Müharibəsində həlak olan soydaşlarımızın əziz xatirəsinin bu filmlə heç bir əlaqəsi yoxdur”, - deyə E.Şahinoğlu qeyd edib.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений