Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlı hüquqşünas Türkiyədə deputat olmaq istəyir



Samir İsgəndər: “Parlamentdə Azərbaycanı da təmsil edəcəm”

İyunun 24-də  Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə Azərbaycan əsilli hüquqşünas Samir İsgəndər də iştirak edəcək. O, Ankaradan, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürüb. Samir İsgəndər əslən Gədəbəy rayonundandır. 2003-cü ildə Xətai rayonu 48 saylı orta məktəbi bitirib. “Yeni Nəsil” Azərbaycan Gəncliyi İctimai Birliyinin qurucularındandır. 2007-ci ildə Bakıda Diplomatların Diskussiya Klubunun sədri olub. 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2011 - 2013-cü illərdə  Gənclik Təşəbbüs Qrupu İctimai Birliyində fəaliyyət göstərib. 2013-cü ildən Türkiyə ilə Rusiya və Türkdilli dövlətlər arasında siyasi sosial işlərdə aktivlik göstərir. 2017-ci ildən Ankara Gənc İş Adamları Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəridir. Samir İsgəndərdən bu seçkilərdə nə qədər şansının olduğunu ilə maraqlandıq. 

- Samir bəy, 24 iyunda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə hakim partiyadan millət vəkilliyi üçün namizədliyinizi irəli sürmüsüz. Şansınızı nece dəyərləndirirsiniz? 
-  Bəli, AKP-dən namizədliyimi irəli sürdüm və qəbul olundu. Şansımın yüksək olduğu qənaətindəyəm. İnanıram ki,  bir millət iki dövlət sözü sadəcə sözdə yox, əməldə də olacaq və məclisdə Azərbaycanı da təmsil edəcəm.

- Növbədənkənar seçkiləri zəruri edən nədir? Türkiyənin təcili olaraq erkən seçkilərə  getməsi əsasən nə ilə bağlı idi? 
- Növbədənkənar seçkiləri biz əslində noyabr ayı üçün gözləyirdik. Son dönəmlərdə Türkiyədə yaşananları hamımız yaxından izləyirik. Bu qərar dövlətin özünü yeniləməsi üçün çox vacib idi və artıq siyasi sistem çox yavaşlamışdı. Yeni sistemə keçid zəruridir. 

- Səndən başqa Azərbaycan əsilli namizəd varmı hakim partiyadan? Əslində Türkiyə Böyük Millət Məclisində erməni əsilli şəxslər hər zaman təmsil oluna bilib. Azərbaycan əsilli şəxsin təmsil olunması da lobbiçilik baxımından çox faydalı olardı.
-  Bildiyimə görə Azərbaycandan gəlib vətəndaşlıq aldıqdan sonra namizədliyini irəli sürən başqa kimsə yoxdur. Lakin Iğdırdan olan Azərbaycan əsilli bir neçə layiqli şəxslər var ki, namizədliklərini veriblər. Məncə, Türkiyə Böyük Millət Məclisində Azərbaycan və digər türk dövlətlərindən olan ölkələrə bağı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər.

- Azərbaycan prezidenti İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini yenə də Türkiyəyə etdi. İki qardaş ölkə arasında əlaqələrə dair vacib mesajlar verildi. Namizədliyinizin dəstəklənməsində bu amil də rol oynaya bilərmi?
- Azərbaycan prezidenti İlham Əliyevin son səfəri sıx olan əməkdaşlıq əlaqələrinin daha da irəliləməsinə, daha strateji əməkdaşlıq müqavilələrinin bağlanmasına səbəb oldu. Düşünürəm ki, bu səfərin hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq. Unudulan bir şey də var ki, bu gün AKP-nin içində ülküçülər və millətçilər də yetərincədir, onlar aktiv çalışırlar. Ümid edirəm ki, onlar tərəfindən də dəstəklənə bilərəm.   

- Samir bəy, ümid edirik ki, bu seçimlərdə qələbə qazana biləcəksiniz. Azərbaycandan necə bir dəstək gözləyirsən?
 - Mənim qazanacağım qələbə həm də Azərbaycanımızın qələbəsi olacaq. Ona görə də bu məsələyə mənim şəxsi timsalımda deyil, daha geniş çərçivədən baxmaq lazımdır. Ən böyük dəstək isə dövlət böyüklərimizin və aydınlarımızın yanımızda olduqlarını hiss etdirmələridir.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений