Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanlı dünya çempionu Rusiyada öldürüldü



Kik-boksinq üzrə dünya kubokunun qalibi, azərbaycanlı Ramil Caniyev Rusiyanın Çelyabinsk şəhərində evində güllələnib.

Publika.az xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Çelyabinsk vilayətini Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin bildirib.

Cinayət sentyabrın 8-də törədilib. Azərbaycan vətəndaşı Ostrovski küçəsində yerləşən binanın həyətində öldürülüb. Xəbərə görə, cinayətkar qurbanını blokda gözləyirdi. Həkimlərin səylərinə baxmayaraq, ağır yaralanan 25 yaşlı idmançını xilas etmək mümkün olmayıb.

74.ru saytının mənbələrinin məlumatına görə, qətldə Azərbaycan sakini - 26 yaşlı Eldəniz Bağırov şübhəli bilinir. Mümkündür ki, idmançı qrup arasındakı münaqişənin qurbanı olub.

İqor Mitroxin bildirib ki, hazırda onun yeri haqqında məlumatlar müəyyən edilir.

Ramil Canıyev Çelyabinskdə yaşayır və oxuyurdu. O, 6 saylı məktəb və Ural Bədən Tərbiyəsi Universitetində təhsil alıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений