Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlı ailə Almaniyadan geri qayıtmamaq üçün...silaha əl atdı



Almaniyanın şimali Reyn-Vestafaliya bölgəsinin Qüterslo dairəsində polisin azərbaycanlı ailəni deportasiya etmək cəhdi girov dramına və polisə atəş açılmasına səbəb olub. Virtualaz.org Almaniya KİV-lərinə istinadən xəbər verir ki, Qüterslo administrasiyası azərbaycanlı ailənin deportasiyasında israr edib. Rayon administratoru Sven-Georg Adenauer bildirib ki, hakimiyyət ailənin müqavimətini gözləyirdi və bu səbəbdən miqrasiya xidmətinin əməkdaşları ötən gün yanvarın 18-də gecə saatlarında onların qaldığı sığınacağa polis və təhlükəsizlik əməkdaşlarının müşaiyəti ilə getmişdi.

Sven-Georg Adenauer bildirib ki, azərbaycanlı mühacirlər bir neçə dəfə Almaniyadan deportasiya olunub, lakin hər dəfə qanunsuz yollarla ölkəyə qayıdıb. Bu dəfə hakimiyyət ailənin deportasiyasında israrlı idi. Çünki məhkəmə qəti qərar çıxarmışdı ki, ailə deportasiya olunsun.

Beləliklə, polis və miqrasiya xidmətinin işçiləri saat 03.30-da ailənin qaldığı sığınacağa gedib. Orada azərbaycanlı ər-arvadla yanaşı ailənin iki yetkinlik yaşına çatmış qızları və bir qonaqları vardı. Lakin polisin bildirdiyinə görə ailə üzvləri güclü müqavimət göstərib və miqrasiya işçilərini müşaiyət edən polislərdən birinin silahını əlindən ala bilib. Nəticədə bir neçə dəfə atəş açılıb. Polis sığınacaqdan qaça bilib. Ailə sığınacaqda möhkəmlənib və biri təhlükəsizlik xidmətinin əməkdaşı, digəri miqrasiya xidmətinin işçisi olmaqla iki nəfəri mənzildə girov götürüb.

Deportasiya barədə qərar ər-arvadın barəsində çıxarılıb. Onların 53 və 49 yaşlarında olduğu bildirilir. Qızlar isə Almaniyada yaşamaq icazəsi aldıqlarından deportasiya qərarı onlara aid deyildi.

Girovların götürülməsindən sonra hadisə yerinə Bielfeld xüsusi təyinatlı polisləri çağırılıb. Xüsusi təyinatlıların sığınacağa gəlişindən bir saat sonra ailə təslim olub. Ər-arvad və qızlardan biri, habelə mənzildəki digər şəxs polisə aparılıb, bıçaqla özünə xəsarət yetirən arvadın xəstəxanaya yerləşdirildiyi bildirilir. Ailəyə psixoloji yardım göstərilir. Bildirilir ki, azərbaycanlı cütlük 2000-ci illərin əvvəllərində Almaniyadan siyasi sığınacaq almaq  üçün müraciət edib. Ancaq sonradan geri qayıdıblar. Bir neçə il əvvəl siyasi sığınacaq barədə yeni müraciət təqdim olunsa da bu dəfə məhkəmə onların müraciətini təmin etməyib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений