Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanın pulu indi də Türkiyəyə axacaq?- EKSPERT RƏYİ



Türk lirəsi dollara qarşısında dəyər itirməkdə davam edir.

Dollar banklararası bazarda 4.92 lirə səviyyəsinə çataraq rekord həddədir. Avro isə 5.76 səviyyəni çataraq zamanın ən yüksək səviyyəsinə qalxıb. Ekspertlər hesab edir ki, lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir. Artan idxal bu səbəbdən daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək. 

Bununla yanaşı, Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər. Bəzi ekspertlər isə hesab edir ki, lirənin ucuzlaşması Türkiyəyə əlavə dividentlər qazandırır. Belə ki, milli valyutası dəyərdən düşən qardaş ölkənin zərərləri turizmdən gələn gəlirlər hesabına qarşılana bilər.

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, son aylar türk lirəsinin xarici valyuta ilə müqayisədə dəyərdən düşmə prosesini sürətlənib: “Türkiyə iqtisadiyyatında maliyyə bazarı özünütənzimləyən prinsiplə fəaliyyət göstərir. Bazar özünü tənzimlədiyinə görə, birjalarda baş verən qiymət artımından dövlət də, sahibkarlar da faydalana bilir. Azərbaycanlı investorların Türkiyəyə qoyduğu yatırımlar kifayət qədər azdır. Onu da nəzərə alaq ki, azərbaycanlı investorlar vəsaiti Azərbaycandan aparmırlar. Yəni, investisiyalar dövlət səviyyəsində deyil, daha çox fərdi təşəbbüs formasında qoyulub. Buna görə də, oradakı bazar münasibətləri yerli əhali üçün necə tənzimlənirsə, eyni qayda azərbaycanlı investorlar üçün də keçərlidir. Burada təhlükəli durum yoxdur”. 

Xarici ölkələrin inflyasiya göstəricilərindən danışan ekspert qeyd edib ki, Amerikada inflyasiya idarəolunan həddədir: “İnflyasiyanın səviyyəsi bəzən 6-8, bəzən də 12 faizə qədər olur. ABŞ qiymətləri özü tənzimləyir. Bundan da həm dövlət, həm də sahibkarlar yararlanır. Təbii ki, vətəndaşlar dəymiş ziyanı ortadan qaldırmaq üçün dövlət tərəfindən kompensasiyalar ödənilir. Hazırda lirənin dəyərinin azalması səbəbindən həm bank sektorunda, həm də kənd təsərrüfatında faizlərin idarə edilməsi, iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Dövlət faizləri idarə etməklə, ağır və yüngül sənayedə çalışanların, eləcə də kəndlilər və sahibkarların zərərlərini qarşılayır”. 

Razi Abbasbəyli hesab edir ki, son aylarda lirənin ucuzlaşması Türkiyəyə qazandırır: “Yerli ekspertlər də qeyd edirlər ki, əvvəlki illərlə müqayisədə ötən il Türkiyənin turizm sektorundan əldə edilən gəlir təxminən 1.2 dəfə azalıb. Bu il həm Rusiya, həm də ərəb ölkələri ilə münasibətlərin normallaşması fonunda Türkiyənin turizmdən əldə edəcəyi gəlirlər 3 dəfəyə qədər artmaq ehtimalı var. Lirənin sürətlə ucuzlaşması ölkəyə turist axınını sürətlənməsinə səbəb olacaq. Bu isə ölkə iqtisadiyyatında yaranmış zərərin qaytarılması üçün yaranmış əlavə maliyyə mənbələridir”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений