Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanı sanksiyalardan qoruyacaq SƏNƏD



Azərbaycan Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açılır. Tərəflər qarşılıqlı maraqlar və dəyərlər, bir-birlərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı məqsədilə birgə tərəfdaşlıq prioritetlərini yenidən razılaşdırdılar.

Maraqlıdır, yeni sənəd Azərbaycana nə verəcək?

Qərbi-Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Avropanın aparıcı qurumları, xüsusilə AŞPA ilə Azərbaycanın münasibətləri son zamanlar çox pozulmuşdu:

“Bu da ölkəmizin Avropaya inteqrasiyası prossesində ciddi maneəyə çevrilmişdi. Düşmənin dünya miqyasında ən fəal olduğu beynəlxalq təşkilatlar hamıya məlum olduğu kimi Avropa qurumlarıdır. Bu baxımdan bizim bu qurumlarda ən güclü şəkildə təmsil olunmağımız çox vacib bir məsələdir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan son sənədin ən vacib maddələrindən biri ittifaqın Azərbaycanın ərazi bütövlüyünə hörmət və dəstəyini rəsmi şəkildə ifadə etməsidir ki, bu işğalçı Ermənistan üçün çox ağır bir zərbədir”. 

Politoloq hesab edir ki, sənəd bizə həm dövlət, həm də cəmiyyət olaraq suverenliyimizin, ərazi bütövlüyümüzün Avropa tərəfindən rəsmən tanınması kimi çox böyük üstünlüyüdür: “Bu sənədin əhəməyyəti həm də ondan ibarətdir ki, gələcəkdə biz öz qanuni haqqımızdan istifadə edib torpaqlarımızı silah gücünə geri qaytarmaq üçün hərəkətə keçdikdə bu sənəd Azərbaycanı Avropa İttifaqının hansısa bir sanksiyasından qoruyacaq. Çünki ortada sərhədlərin toxunulmazlığına hörmət söhbəti gedir. Təbii ki ikili standartlara yol vermədən bu sənədə sonacan əməl edəcəyimizi zaman göstərəcək”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений