Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycandan Gürcüstana kim gedəcək?



Gürcüstan 26 may Respublika gününü böyük təmtəraqla keçirməyi planlaşdırır. Azərbaycan kimi Gürcüstanda da Respublikanın 100 illiyi qeyd olunur.

Bu tədbirlərdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə yanaşı 20-yə yaxın nümayəndə heyəti iştirak edəcək. Gürcüstandakı tədbirlərə Litva, Latviya, Finlyandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaq. Gürcüstan hakimiyyəti yaranmış fürsətdən istifadə edərək prezidentləri iştirakı ilə Tiflisdə böyük beynəlxalq konfrans da keçirəcək.

Cebhe.info xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, şübhəsiz Gürcüstan hakimiyyəti bayram tədbirləri ilə bağlı Azərbaycana da dəvət göndərib:

“Ancaq Azərbaycanın Gürcüstandakı tədbirlərdə hansı səviyyədə iştiraka dair məlumat yoxdur. Maraqlıdır ki, tədbirlər tamamlanan kimi Gürcüstana Ermənistanın baş naziri Nikol Paşinyan gedəcək. Paşinyan 30-31 may tarixlərində Tiflisdə görüşlər keçirəcək. Ümumiyyətlə, Nikola Paşinyan Gürcüstanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. O, bunu bir neçə gün əvvəl Gürcüstanın televiziya kanalına verdiyi müsahibədə də təsdiq etmişdi. Müsahibədə “biz qardaş xalqlarıq” deyən Paşinyan Gürcüstanla əməkdaşlığı üst səviyyəyə qaldırmaq istəyir”.

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Gürcüstana diqqəti artırmalıdır:

“Görəsən, Paşinyanın istəyi qarşısında rəsmi Tiflis Ermənistanla hansı sahələrdə əməkdaşlığı genişləndirmək istəyir? Bunu dəqiqləşdirməyə ehtiyac var. Biz Qarabağ separatçılarının Abxaz separatçılarının liderləri ilə görüşlərinə etiraz etdik. Ancaq Gürcüstanda sanki bu fakta görməzlikdən yanaşdılar. Üstəgəl, Gürcüstan hakimiyyətinin Rusiya-Ermənistan dəmiryolunun fəaliyyətinin bərpasına razılıq verməsi də Azərbaycana xoş olmayan mesajdır”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений