Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AZƏRBAYCANDA yekəqarın və arıqlar polisə götürülmür: TƏLƏBLƏR



Tacikistanda artıq çəkisi olan 20 polis işdən uzaqlaşdırılıb. Ötən il Tacikistan Daxili İşlər Nazirliyinin 20 əməkdaşı artıq çəkiyə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Artıq bu hadisə Tacikistanda bir ənənə halını alıb. 

Maraqlıdır, Azəraycanda çalışan artıq çəkili polislərin aqibəti necə olacaq? Bu suala aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qalıb. 

Lain ötən ilin cari dönəmində Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) polis polkovniki Ehsan Zahidov mediaya verdiyi açıqlamalarının birində qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən nazirin birbaşa iştirakı ilə polis orqanlarına qəbul olunan namizədlərin ya fotolarını, ya da videogörüntülərini ictimaiyyətə mütəmadi olaraq təqdim edilir. O bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına seçilən namizədlərin xarici görünüşü, fiziki hazırlığı ilə bağlı müəyyən olunmuş normalar mövcuddur. 

Sitat: “Boyu 175 santimetrdən aşağı olmayan, idmançı görkəminə malik, bədən ölçüləri boylarına uyğun olan vətəndaşlar işə götürülür. Bizdə sovet dönəmindən fərqli olaraq, yekəqarın, həddindən artıq arıq insanlar polis orqanlarına qəbul olunmur. Yəni, Tacikistandakı kimi bizdə əlavə göstərişin verilməsinə ehtiyac yoxdur”.

E.Zahidov Azərbaycanda yekəqarın polislərlə bağlı verdiyi açıqlama marağa səbəb olmuşdur: 

“Azərbaycanda ümumiyyətlə yekəqarın polis yoxdur... Polis də bir insandır. Müəyyən yaş keçdikdən sonra onun qarnı çıxa, kökələ bilər. Polis əməkdaşlarına mütəmadi olaraq dərslər keçirilir. Bu dərslərdə polis əməkdaşlarının qidalanması barədə onlara daimi tövsiyyələr verilir. Əgər bizdə artıq çəkili polislər varsa, o da sovet dönəmində xidmətə qəbul olanlardır. Onlar da yəqin ki, yaxın vaxtlarda təqaüdə göndərilər”.

Qeyd edək ki, Azərbaycanda 1.68-1.78 çəkili şəxslərin işə qəbulu üçün qoyulan çəki məhdudiyyəti 75-dir. 75 kilodan artıq olan belə şəxslər polisliyə qəbul olunmur. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений