Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda nə qədər əlil var? - DƏHŞƏTLİ STATİSTİKA 



2018-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların ümumi sayı 619 310 nəfərdir.

Bu məlumatı Cebhe.info-nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov verib. 

O qeyd edib ki, əlillərdən 71 783 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Qalanları, yəni 547 527 nəfəri 18 yaşdan yuxarı əlilliyi olan şəxslərdir. I qrup əlilliyi olanlar - 48 164 nəfər, II qrup əlilliyi olanlar -405132 nəfər, III qrup əlilliyi olanların sayı 94 231 nəfərdir.

Qeyd edək ki, bu günlərdə Milli Məclsinin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev Azərbaycanda son 5 ildə əlillərin sayının 100000 nəfərə qədər artdığını vurğulamışdı. Onun sözlərinə görə, təkcə Bakıda əlillərin sayı 20000 nəfər artıb. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений