Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda dövlət hesabına mühafizə olunan şəxslər - SİYAHI



Gəncədə icra hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafiəçisinə qarşı edilmiş silahlı hücum məmurların təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirdi. Azərbaycan qanunvericiliyinə görə, icra başçılarına xüsusi mühafizəçi ayrılmasa da, bununla bağlı konkret qadağa da yoxdu. Yəni, Azərbaycan qanunu imkan verir ki, istənilən şəxs özünə mühafizəçi götürə bilsin. 

Bunu Cebhe.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. 

Onun sözlərinə görə, Azərbaycanda dövlət hesabına yalnız prezident, eks-preizdent, vitse-prezident, baş nazir və parlamentin sədri mühafizəçi ilə təmin oluna bilər. İ. İsmayıl qeyd etdi ki, sadalananlardan başqa mühafizəçi istəyən hər kəs bunu öz hesabına etməlidir: 

"Dövlətin icra başçılarını mühafizəçi ilə təmin etmək kimi qarşısında xüsusi öhdəçiliyi yoxdur. Amma buna baxmayaraq icra başçıları ehtiyac olarsa dövlətdən icazə alaraq özlərinin bu yolla təhlükəsizliyini təmin edə bilərlər. Əgər icra başçısına qarşı hər hansı təhlükə hiss olunarsa və ya bu barədə məlumat sızdırılarsa mühafizçi ilə təmin olunması üçün dövlətdən icazə ala bilərlər. İcazə ilə yanaşı, həm də bunun üçün dövlətə ödəniş də olunmalıdır. Bundan sonra müraciət edən şəxs mühafizəçi ilə təmin oluna bilər. Amma bir məmur vəzifəsi olaraq icra başçısına mən bildiyimə görə, dövlət mühafizəsi uyğun gəlmir. Həmçinin icra başçısının məmurlara mühafizə axı niyə lazım olmalıdırki? Yaxşı olar ki, məmurlara mühafizə yox, onlara iş stilini dəyişməyi, normal qayda qanunla işləməyi izah eləsinlər, nəinki mühafizə ayırsınlar".

Silahlı mühafizəçi dövlət tərəfindən müəyyənləşdirilir deyən ekspert hesab edir ki, icazəsiz fərdi şəkildə kimsə bunu edə bilməz, qanun buna imkan vermir: 

"Mütləq dövlətdən icazə alınmalıdır. Bakı şəhər icra başçısının vaxtı ilə mühafizəçisi olub-olmadığını dəqiq deyə bilmərəm. Amma rayon icra başçıları və respublikanın başqa şəhərlərinin icra başçılarının mühafizəsi yoxdur. Ayrılmayıb, nəzərdə tutulmayıb". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений