Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda dərmanlar ucuzlaşa bilər, əgər...



Rusiyada bəzi dərmanlar ərzaq mağazalarında satılacaq. Söhbət reseptsiz dərmanlar gedir. Bu məsələ ilə bağlı qanun layihəsi 2017-ci ildə hazırlanıb. Mütəxəssislər hesab edir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər. Qanun layihəsinin müəllifləri hesab edir ki, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı ucuzlaşmaya gətirib çıxara bilər. 

Maraqlıdır, Azərbaycanda bu mexanizmə ehtiyac varmı? Yəni ərzaq mağazalarımızda dərman satıla bilərmi?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, yüngül ağrıkəsici, reseptsiz və heç bir fəsad verməyən dərmanların  mağazalarda satılması istehlakçılar üçün daha rahat olar: 

“Amma həmin mağazaya həm də əczaçı işə götürülməlidir. Həmçinin həmin dərmanların saxlanılması üçün müvafiq infrastruktur və şərtlər olmalıdır. Bu şəraitə cavab verən və müvafiq tələblər tənzim olunarsa dərmanların mağazalarda satılması normal olar. Bu həm də topdansatış dərman satışı ilə məşğul olan şirkətlər üçün xeyir verə bilər”.

Ekspert qeyd edib ki, əslində Azərbaycanın hər küçəsində aptek fəaliyyət göstərir. İnsanların çoxu dərmanların alışını apteklərdən həyata keçirəcək: 

“Ərzaq mağazalarının da sayı həddindən artıq çoxdur. Amma müəyyən yerlər var ki, aptek xeyli uzaqdadır və insanların ora getməsi çətinlik yaradır. Bu səbəbdən mağazalarda dərman satışı əlçatımlıq baxımdan normaldır. Burada həm də vaxta qənaət etmiş olacaqlar. Bu da apteklərin bazarına təxminən 20 faiz civarında təsir göstərə biləcək. Təbii ki, normativ aktların tələblərinə cavab verən yerlərdə dərman satışına nəzarət edən qurumlar mağazalarda da dərman satışına ciddi nəzarət etməlidirlər. Məsələn, bəzi mağazalar işığa qənaət etmək üçün gecələr soyuducuları söndürürlər. Bu həm ərzaqlara, həm də dərmanlara pis təsir göstərir. Ərzaqdan fərqli olaraq dərmandan zəhərlənmə daha təhlükəlidir. Ona görə də belə bir nəzarət olunmalıdır ki, sutka boyu bu dərmanlar lazım olan temperaturda saxlanılsın. Bunun üçün müəyyən mexanizm olmalıdır. Yəni səhər tezdən mağazalarda saxlanılan dərmanları yoxlamaqla onların hansı şəraitdə və necə temperaturda saxlanılmasını yoxlamaq olar. Apteklərdə bu şərait, bu tələb var. Mağazalarda da buna ciddi əməl olunmalıdır. Əks təqdirdə dərmanlardan zəhərlənmə ilə yanaşı, həblər effektliyini də itirə bilər”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений