Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda deputat VƏFAT ETDİ - FOTO



Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Oruc Həsənli iyunun 18-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

AMEA xəbər verir ki, Oruc Həsənli 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, "Diyarşünaslıq materiallarından istifadə şagirdlərin mənəvi tərbiyəsinin vasitəsi kimi” mövzusunda namizədlik, "Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

O, 200-dən artıq elmi əsərin, o cümlədən 2 kitab və monoqrafiyanın müəllifi idi.

Ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərmiş alimin rəhbərliyi ilə 1 elmlər, 9 fəlsəfə doktoru hazırlanıb.

Təhsilin müasir psixoloji problemləri, o cümlədən, təhsil prosesində şagird şəxsiyyətinin formalaşdırılması, sosial psixopedaqogikada istedadlı uşaqlar, hazırkı hafizə məktəblərindən təfəkkür məktəblərinə keçid, məktəbə psixoloji xidmət və s. kimi aktual məsələləri tədqiq edən müəllif belə bir əsas elmi nəticəyə gəlmişdi ki, müasir Azərbaycan təhsilinin gələcək inkişafının beynəlxalq qiymətləndirmə tələblərinə cavab verməsini təmin etmək üçün bu gün həyata keçirdiyimiz kompleks tədbirlər sistemində psixologiyanın elm kimi rolu əvəzsizdir və onun tətbiqi aspektlərinə diqqət daim artırılmalıdır.

2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan O.Həsənli həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü idi.

O, elmi və pedaqoji sahədəki xidmətlərinə görə ölkə Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub, 5 aprel 2014-cü il tarixli Sərəncamı ilə isə "Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений