Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda 4 günün gəlini öldü



Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb. Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə Suvagil kəndində qeydə alınıb.

Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, N. Eminova xəstəxanaya daxil olarkən ona ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. Lakin ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений