Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı



Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb.
 
 “Xəzər TV” xəbər verir ki, Göygöl rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır.

Qayınatası bildirib ki, gəlinini saç feni almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb.
 
Gəlinin qayınanasının sözlərinə görə, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə, münasibətlərində heç bir problem olmayıb.
 
Elə qızın valideyinləri də məsələnin hansı səbəbdən baş verdiyini bilmir. Ailə itən gəlin üçün çox böyük narahatlıq keçirir. Qayınatası hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat da vəd edib.

 
Qeyd edək ki, məsələ ilə baglı Göygöl rayon hüquq-mühafizə orqanlarına da müraciət edilib, araşdırılma aparilir

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений