Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı - "Taksiylə..." - VİDEO



Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Onun harda olması barədə 8 gündür ki, heç bir məlumat yoxdur. Gəlinin ailəsi isə səbirsizliklə onun tapılacagı günü gözləyir.

"Xəzər TV" xəbər verir ki, 2 ayın gəlini evi tərk edib. Göygöl rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır. Qaynatası bildirib ki, gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksiylə uzaqlaşdığını görüb.

Gəlinin qaynanası bildirib ki, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə münasibətlərində heç bir problem olmayıb.

Elə qızın valideyinləri də məsələnin hansı səbəbdən baş verdiyini bilmir.

Ailə itən gəlin üçün çox böyük narahatçılıq keçirir. Qayınatası hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat da vəd edib.

Qeyd edək ki, məsələ ilə baglı Göygöl rayonu hüquq-mühafizə orqanlarına da müraciət edilib, araşdırılma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений