Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Azərbaycan qanunsuz əməllərə görə cəza verə biləcək gücdə olan dövlətdir" - Politoloq



Bu gün Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib. 

Qeyd edək ki, Lapşin bu ilin iyul ayında Azərbaycan sərhədlərini qanunsuz pozaraq, işğal altında olan ərazilərə səfər etmişdi. Həmin dövrdə analitiklər bu səfəri erməni lobbisinin Azərbaycan-İsrail münasibətlərinə zərbə vurmaq məqsədilə təşkil etdiyini bildirdlər. Ancaq bu gün Lapşinin prezident tərəfindən əfv olunması erməni lobbisinin planlarını alt-üst etdi. Lapşin həbsi müddətində onun Azərbaycan xalqından üzr istəməsi də bunun bariz nümunəsidir.

Lapşinin əfv olunmasını Cebhe.info-ya şərh edən politoloq Natiq Miri bunun Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcəyini deyib:

“Əvvəla onu qeyd etmək lazımdır ki, Lapşinin həbsi İsrail-Azərbaycan münasibətlərinə heç bir yöndə mənfi təsir göstərməyib. Təbii ki, Azərbaycan bununla bağlı nəinki erməni lobbisinə, həm də Dağlıq Qarabağa qanunsuz səfər edəcək şəxslərə mesaj verdi ki, heç bir halda bu cür davranışlar cəzasız qala bilməz. Azərbaycan qanunsuz əməllərə görə cəza verə biləcək gücdə olan dövlətdir. Hesab edirəm ki, Azərbaycanın verdiyi mesaj artıq ünvanına çatıb. Lapşini bundan artıq Bakı həbsxanasında saxlamaq Azərbaycana heç nə qazandırmayacaq. Düşünürəm ki, Lapşini bundan artıq həbsxanada saxlamaq müəyyən mənada Azərbaycanın əleyhinə işləyəcək. Digər tərəfdən Lapşinin azad olunması, təkcə hümanitar aksiya deyil. Rəsmi məlumatlara görə, Lapşin həbsxanada intihara cəhd edib və hazırda müalicə alır. Bu baxımdan düşünürəm ki, bu bir məcburi durum yaratdığı üçün təbii ki, dövlət başçısı da bu yöndə doğru addım atıb. Hesab edirəm ki, Azərbaycan bu addımı atmaqla beynəlxalq səviyyədə özünə müsbət imic yaradacaq”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений