Azərbaycan OPEK-ə daxil ola bilər

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Azərbaycanın quruma daxil olması məsələsinə baxmağa hazırdır.
TASS bildirir ki, bunu OPEK-in Bakıda səfərdə olan baş katibi Məhəmməd Barkindo deyib.
O bildirib: "Bütün opsiyalara baxılır. Neft sənayesinin beşiyi kimi Azərbaycanın gələcəyi OPEK-dədir".
Xatırladaq, bazar günü OPEK-in başçısı Azərbaycan Prezident İlham Əliyevlə danışıqlar aparıb, müzakirələrdə OPEK+ paktının gələcək qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.
Məhəmməd Barkindo martın 19-da həm də energetika naziri Pərviz Şahbazovla görüşüb.
Cebhe.info