Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AYB hansı qurumun tabeliyindədir?



Azərbaycan Yazıçılar Birliyinin ləğv olunacağına dair iddialar səslənir. Hələlik bu iddialar təsdiqini tapmayıb. Günlərdir müzakirə mövzusuna çevrilən “26” adlı kafenin AYB ilə heç bir bağlılığının olmadığı bildirilsə də, artıq mətbuatda kafe ilə Yazıçılar Birliyi arasında imzalanan icarə müqaviləsinin fotosu yayılıb.

Azərbaycan Yazıçılar Birliyinin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olduğu ilə bağlı da fikirlər səsləndirilir. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi İntiqam Hümbətov deyib ki, AYB bir ictimai təşkilatdır: “Yaradıcı ittifaqların hamısı ictimai təşkilatdır” deyə bildirib. 

Qeyd edək ki, paytaxtın Xaqani küçəsində, "Sahil” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı "26” adlı kafenin fəaliyyəti dayandırılıb. Hazırda isə AYB-nin bağlanıb-bağlanmayacağına dair təşkilat daxilində iclas keçirilir. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений