Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ayaz Mütəllibov 26 il əvvəlki bir günlük hakimiyyətindən danışdı: “Həmin bəyənmədiyimiz Moskvanın…” - MÜSAHİBƏ - ÖZƏL



1992-ci 14 may hadisələrindən 26 il keçir. Həmin ilin martında Xocalı soyqırımı ilə əlaqədar davamlı tələblər qarşısında  prezident vəzifəsindən istefa verən Ayaz Mütəllibov 1992-ci il mayın 14-də qəfil geri qayıdaraq Ali Sovetin tribunasından hakimiyyətə döndüyünü elan etmişdi. 

Mütəllibovun bu qayıdışı o dövrdə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi və xalqın  çox ciddi etirazıyla qarşılaşmışdı. AXC-nin təşkilatçılığı ilə Ali Sovetin qarşısında mitinqlər başlanmış və mayın 15-də Mütəllibovun ikinci dəfə hakimiyyətdən gedişinə nail olunmuşdu. O vaxtdan indiyə qədər Mütəllibov dəfələrlə iddia edib ki, Xalq Cəbhəsi dövlət çevrilişi edərək onu hakimiyyətdən uzaqlaşdırıb.

Maraqlıdır,  14 may hadisəsinin iştirakçısı Ayaz Mütəllibov illər sonra  bununla bağlı nə düşünür?

Bu barədə o, Cebhe.info-ya müsahibəsində danışıb:

-26 ildir ki, 14 may hadisələrinə görə size dövlət çevrilişində ittiham edirlər.  Bu ittihamlar barədə nə deyə bilərsiniz? 

-Müxalifət adlandırılan qüvvələrin səyləri ilə dövlət çevrilişi olub və nəticəsi də göz qabağındadır. Sözün doğrusu, əlavəyə ehtiyac yoxdur. O zaman hakimiyyət uğrunda müxalifət mübarizə aparırdı və mən də o mübarizənin qurbanı oldum. 

-O halda sizin də ikinci dəfə hakimiyyəti ələ keçirməyiniz çevriliş deyildimi?

-Heç kimi devirmək niyyətim yox idi. Devirmək məsələsinə gələndə, məni deviriblər. Bundan artıq mən nəyi deyə bilərəm? 

-Necə oldu ki, tərk etdiyiniz kürsüyə qayıtmaq qərarı verdiniz? 

-Bu, xalqın, cəmiyyətin tələbi idi. Cəmiyyət birmənalı olaraq müxalifətin hərəkətlərini qəbul etmirdi. 

-Sizə qarşı ittiham səslənirdi ki, bu çevriliş Moskvanın dəstəyi ilə olub. Hakimiyyətə qayıtmağınız öz qərarınız idi, yoxsa Moskvanın göstərişi?

-Moskva kəlməsini xahiş edirəm ki, işlətməyəsiniz. Sözün açığı, o ifadənin mənə heç bir təsiri yoxdur. Əslində nə olubsa, bu, öz nöqsanlarımızın nətisəcində olub. Ona görə də öz təqsirimizi başqalarının üzərinə yıxmaq lazım deyil. 

-Siz martın 6-da prezident vəzifəsindən  istefa verdiniz. Mayın 14-də isə hakimiyyətə qayıtmağa cəhd etdiniz. Əgər qayıdacaqdınızsa, niyə istefa verirdiz?

-Mənim istefam qeyri-qanuni idi. O səbəbdən hakimiyyətə qayıtmağa qərar verdim.

-O zaman hakimiyyətiniz niyə bir gün sürdü?

-Bəli, bir gün sürdü. Çünki istefanın özü həmin bəyənmədiyimiz Moskvanın mənə qarşı tənbehi idi. 

Alçina Amilqızı
Cebhe.info

  








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений