Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP Təşəbbüs Qrupunun adı bəlli oldu: "Biz Elçibəy davamçılarıyıq" - Razi Nurullayev



"Növbədənkənar prezident seçkilərində iştirak üçün "AXC" Təşəbbüs Qrupu adından sənədlərin tamamlanması işləri gedir. Ağır yol olsa da, bunu seçdik, çünki Əbülfəz Elçibəyin də yolu heç zaman hamar və rahat olmayıb. Təşəbbüs Qrupunun adı "AXC" müəyyənləşdi. Bu ad hamımız üçün əzizdir. Bir çoxumuz üçün bu, Azərbaycan Xalq Cəbhəsi, bir çoxumuz üçün isə Azərbaycan Xalq Cümhuriyyətini özündə ehtiva edir".

Cebhe.info xəbər verir ki, binu seçkidə namizədliyi irəli sürülən AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri bildirib ki, seçkilərə inamla gedir:"Qışqırmağa, bağırmağa, yaxamızı çırmağa yox, xalqa aydın yol göstərməyə, siyasi və seçki mədəniyyəti sərgiləməyə, xalqın ürəyinə yol tapmağa, Azərbaycanı düşündürən, narahat edən qlobal çağırışlara həll yolunu göstərməyə gedirik.

Seçki kampaniyamızda xalqımıza Dağlıq Qarabağ probleminin həllini, mürəkkəb çoğrafi məkanda çoxvektorlu siyasi gedişləri, iqtisadiyyatın inkişafını, Avropanın siyasi dəyərlərinə söykənən sivil münasibətləri, korrupsiya və rüşvətxorluğa qarşı sistemli mübarizə yollarını, kənd və şəhərlərin inkişafını, müsəlman dünyasında demokratik inkişaf və dünyəvi dəyərlərlə inkişaf yolunu göstərərək örnək yarada biləcək məsələləri müzakirə edəcək, sizdən səs istəyəcəyik!

Biz müasir, azad, steorotiplərdən və xarici asılılıqdan uzaq bir cəmiyyətin tərəfdarıyıq! Elçibəy davamçılarıyıq. Azərbaycanın siyasi səhnəsində 25 il boş-boşuna "at sürən", xalqın ümidlərini puça çıxaran uğursuz siyasətçilərə meydan oxuyan intellektual, mədəni, sivil, ölkəsinə, torpağına son nəfəsinə qədər sədaqətlə bağlı bir nəslin nümayəndəsiyik!

Yolumuz açıq olsun!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений