Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədrindən xalqa BAYRAM TƏBRİKİ: "Sizin önünüzdə getmək niyyətimiz qətidir"



"Sabah 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. İnşallah, xalqla aramızda elə bir həmrəylik yaranar ki, Əbülfəz Elçibəyin ölməz ideyaları həyata keçər. Axı bu gün həm də rəhmətlik Bəyin adı ilə bağlıdır".

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev xalqa bayram təbrikində deyib.

AXCP sədri  xalqımıza gözəl həyat, sevincli günlər arzulayıb: "Allah xalqımıza Əbülfəz Elçibəy kimi şəffaf, doğru və dürüst, xalqına bağlı, gözü tox liderlər qismət etsin. Biz onun yolu və izi ilə addımlayırıq. Bu yol xalqımızı xoşbəxtliyə aparan yoldur.

Qoy növbəti ilin 31 dekabrı sizin həyatınızda bir çox problemlərinizin artıq arxada qalması ili olsun. Bu isə üzümüzə gələn seçkilərdə göstərəcəyiniz fəallıq və iradədən asılıdır. Bizim sizlərin önündə getmək niyyətimiz və Azərbaycana istədiyiniz müsbət dəyişiklikləri gətirmək niyyətimiz qətidir!

Bayramınız mübarək!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений