AXCP sədrindən xalqa BAYRAM TƏBRİKİ

Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur.
Cebhe.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, prezidentliyə namizəd Razi Nurullayev xalqı Novruz bayramı münasibətilə təbrik edib.
“Novruz bayramınız mübarək, əziz millətim! Hər birinizə gözəl günlər və yeni-yeni bahar bayramları arzulayıram. Bəlkə də elələriniz var ki, bayram süfrəsi açmaq üçün imkansızdır, işsizdir. Elələriniz var ki, qazancınızı bank borcları udur. Əmin olun ki, önümüzdə işıqlı yol var, çətinliklər arxada qalacaq, layiq olduğunuz həyata qovuşacaqsınız! Bu, öz əlinizdədir! Arzu edirəm ki, bağçanız bağlı-bostanlı, əkininiz göy zəmili, bollu-bərəkətli olsun! Dərdiniz-qəminiz buğda dənəsi boyda, sevinciniz, toy-büsatınız sərhədsiz olsun. Dayağımız uca Allah, qəlbimiz şükür dolu olsun! Bayramınız mübarək!”,-təbrikdə deyilir.
Vilayət Muxtar
Cebhe.info