Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədrindən xalqa BAYRAM TƏBRİKİ



"Müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı və bütün dünya müsəlmanlarını təbrik edirəm. Bu gözəl gün barış, toxluq, təmizlik və mənəvi saflıq günüdür. 30 gün müddətində Allaha yaxın olan bütün müsəlmanlara niyyətlərinin həyata keçməsini arzu edirəm. Allah hər şeyi görən, duyan və bağışlayandır. Bütün müsəlmanların günahlarının bağışlanmasını istəyirəm və qoy bir daha günah işlər görməsinlər".

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədri Razi Nurullayev Ramazan bayramı münasibətilə xalqa təbrikində deyib. 

"Səngərdə, döyüşdə və arxa cəbhədə olan əsgər və zabitlərimizə Allahdan cansağlığı və qələbə arzulayıram. Qoy uca Allah onları düşmən gülləsindən qorusun və sağ-salamat öz ailələrinə qaytarsın!

Ölkəmizdə kasıblar, xəstələr, əlillər və digər ehtiyacı olanlar çoxdur. Bu əziz gündə varidatı olanlar qoy onlarla paylaşsınlar, onları sevindirsinlər və Allaha daha da yaxın olsunlar.

Bu müqəddəs gündə xaqımıza əmin-amanlıq, barış, sülh və torpaqlarımızın azad olunmasını diləyirəm. Uca Allah xalqımızı və ölkəmizi hifz etsin!

Allaha əl açıb dua edirəm ki, xalqımıza gözəl günlər bəxş etsin, ailələri sevindirsin və hər kəsin ürəyinə mərhəmət toxumu səpsin. Qoy xalqa qulluq etməli olanlar ona qulluq etsin, qoy xalqdan oğurlayanlar peşman olub onu xalqa qaytarsın və bir daha oğurlamasın, qoy ölkəmizin vətəndaşları haram işlərdən uzaq olsunl, rüşvət almasın və verməsinlər. Hər kəs Allah adına ölkəmiz və xalqımız üçün çalışsın!

Əziz müsəlmanlar! Bayramınız mübarək!",- deyə təbrikdə vurğulanır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений