Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AXCP sədri zəlzələ qurbanlarının ailələrinə başsağlığı verib



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev İran-İraq sərhəd şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlı verib.

Cebhe.info xəbər verir ki, partiya sədri yaralılara şəfa diləyib:

“İran-İraq sərhəd şəhərlərində baş verən zəlzələ nəticəsində həm İran, həm də İraq tərəfdən ölənlərin ailələrinə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram. 200 nəfərdən çox sakinin ölməsi, 1700-dən çox yaralının olması böyük kədərdir. İnşallah, dost ölkələr bu təbii fəlakətin vurduğu sarsıntıdan tez bir zamanda özlərinə gələr. Qonşu ölkələr də əllərindən gələn köməyi əsirgəməz. Azərbaycan xalqı çətinlikdə olanlara həmişə yardım edib və bu dəfə də hökumət onları darda qoymaz. Bir daha başsağlığı verir və yaralananlara şəfa diləyirəm”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений