Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədri Razi Nurullayev: "Rüşvət və korrupsiya ölkəni uçuruma sürükləyir"



"Bu ölkəni yıxan korrupsiyadır, rüşvətdir. Bir yer göstərin ki, orada rüşvət olmasın. Kiçikdən böyüyə hər kəs rüşvət alır, hər kəs rüşvət verir. "Ərəb baharı" oldu, xalq bəzi vaxtlar ayaqlandı ki, etiraz etsin, rüşvət azaldı, qanunlara az da olsa, hörmət olundu. Amma yenə də rüşvətxorluq bütün ölkə boyu tüğyan edir, bəli, tüğyan edir, artır, canlar alır, ömürlər aparır, ölkəni uçuruma sürükləyir".

Cebhe.info xəbər verir ki,  bunu AXCP sədri Razi Nurullayev deyib.

Partiya sədri bildirib ki, ölkədə qorxu mühiti tamamən yoxdur: "Hərə özü üçün bir xan, bəy, müdir və mafiya başçısıdır. Hərə qanunsuz yollarla ələ keçirdiyi milyonları, milyardları xaricə çıxarmaq üçün çalışır. Hərə özünə bir korrupsiya mexanizmi, özünə respublika içində respublika qurub.

Ölkəyə qoyulan sərmayələri, açılan istehsalat parklarını, kənd təsərrüfatına yatırımları rüşvət udur, məhv edir. Onun üçün də daha heç kim nə verilən qərarlara, nə verilən vədlərə, nə də gələcəyə inanır. Bu gün hamı yol gəzir ki, bu ölkədən baş götürüb getsin. Yaxşıları da qovub-qovub namərd edəcəklər.

Ölkə əhalisinin böyük qismi başqa ölkələrə getmək üçün yollar arayır. Minlərlə insan viza almaq üçün rüşvət verməyə adam axtarır. Minlərlə insan sərhədi hansı yolla olursa -olsun keçib qaçmaq istəyir. Belə həyat davam edə bilərmi?

Xeyr, davam edə bilməz!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений