Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

AXCP sədri Masallı sakinləri ilə görüşdü - FOTO



Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) paytaxtda və bölgələrdə təşkilatlanmağa, sıralarını genişləndirməyə davam edir. Bu və həmçinin xalqı bilgiləndirmək, eləcə də əhalinin problemlərini dinləmək məqsədiylə partiya sədri Razi Nurullayev tez-tez regionlarda vətəndaşlarla görüşlər keçirir.

Belə görüşlərdən biri də Masallıda gerçəkləşib. İçtimaiyyətin təmsilçiləri ilə görüşən Razi Nurullayev öncə vətəndaşları salamladıqdan sonra, bölgələrdə vətəndaşlarla görüşmək üçün yaşadıqları sıxıntılardan, dövlət qurumlarının bu görüşlərə törətdikləri əngəlləri dilə gətirərək bildirib ki, bütün sıxıntılara baxmayaraq belə görüşlər davam edəcək.

Daha sonra AXCP sədri vurğulayıb ki, partiyanın apardığı mübarizənin qayəsində duran məsələ Azərbaycan vətəndaşlarını xoşbəxt yaşamasıdır:

“Bunu hərkəs deyir, bəlkə də məndən daha çox, daha bəlağətli deyir. Lakin insanın sözləriylə əməlləri üst-üstə düşməlidir. Biz digərləri kimi bo. Vədlər vermək yolunu seçmədik. Biz xalqdan ayrı yol seçmədik. Seçsəydik bu gün yüksək səviyyədə yaşayar, parlamentdə oturardıq, pulumuz, gözəl həyatımız olardı, iclaslarımızı bahalı otellərdə keçirərdik. Lakin biz xalqla bir yerdə olmaq yolunu seçdik. Biz bu xalqı xoşbəxt görmək istəyirik. Bu gün vətəndaşların çoxu özünü öz vətənində qərib hiss edir. Azərbaycan vətəndaşı öz arzularına çata bilməyib. Biz bu gün yaşamaq istədiyimiz, arzuladığımız Azərbaycanda yaşamırıq. Biz o Azərbaycanı qurmağa çalışırıq ki, orda heç bir vətəndaş övladlarının, ailə üzvlərinin qarşısında başı aşağı dayanmasın, o bütün günü işləyərək, axşam ailəmin üzünə necə baxım deyə düşünməsin. O Azərbaycan ki, orda məhkəmələr rüşvət almasın. O Azərbaycan ki, orda övladlarımız yaxşı təhsil ala bilsinlər. O Azərbaycan ki, orda müəllimlər şajh kimi yaşasınlar, alçaldıcı əməllərə məcbur edilməsinlər”.

Daha sonra ölkədə gedən sosial, iqtisadi, eləcə də siyasi prosseslərdən danışan, AXCP sədri mövcud problemləri dilə gətirib və qeyd edib ki, vətəndaşın hakimiyyətin haqsızlığına, ədalətsizliyinə, əhaliyə etdiyi zülmə qarşı biganəliyinə, müxalifətin yanında olmamasına bir səıbəb də ənənəvi müxalifətin yarıtmazlığıdır:

“Azərbaycanda gənc, fərqli düşünən siyasətçilərə ehtiyyac var və onlar meydana çıxmaqdadırlar. Biz inanırıq ki, ölkəyə yeni, fərqli siyasət, quruluş, nəfəs gətirəcəyik. Siz də buna inanmalısınız. Siz inanmalısınız ki, Azərbaycan xoşbəxt ölkəyə çevrilə bilər. Bu mümkündür. Biz bunu bacaracayıq, birlikdə bacaracayıq”.

2018-ci ili siyasi dəyişiklik ili elan etdiklərini vurğulayan Razi Nurullayev, namizədliyini irəli sürəcəyini bildirib. Sədr qeyd edib ki, seçkini baykot etmək, seçkilərə getməmək hakimiyyətin dəyirmanına su tökməkdir.

“Mən inanıram ki, biz siyasi iradəmizi ortaya qoyub seçkilərə getdikdən sonra, xalq da öz siyasi iradəsini ortaya qoyacaq, seçkilıərdə iştirak edərək istədiyi, ürəyindən gələn namizədə səs verəcək. Bu gün biz yeni Azərbaycan, yeni siyasət, iqtidarın dəyişməsini istəyiriksə, Azərbaycanın müxalifəti də dəyişməlidir, yenilənməlidir. Biz bu gün İlham Əliyevi konstutisyanı dəyişməkdə, hakimiyyəti müxtəlif yollarla əldə saxlamaqda ittiham edirik. Lakin qarşı tərəfdən biri çıxıb sual verir, axı müxalifət liderləri də eyni yolu seçiblər. Əli Kərimli də illərdir AXCP sədrliyindən əl çəkmək istəmir. Belə olan halda xalq müxalifətə inanmaz. Biz dəyişiklliyi öncə öz əməlimizdə göstərməliyik. Məhz buna görə də biz 2015-ci ildə qurultay keçirdik, demokratik, gizli səsvermə nəticəsində cəbhəçilər öz sədrlərini seçdilər. Lakin Əli Kərimli bunu həzm edə bilmir. Bu gün Azərbaycan müxalifətinə yeni nəfəs, yeni düşüncə lazımdır və biz bu yeniliyi gətirdik, bu yolda da var gücümüzlə çalışmağa davam edəcəyik, bütün maneələrə baxmayaraq”.

Daha sonra AXCP sədrinin müavinləri Ehtiram Mehtiyev və Məhəmməd Əsədullazadə də çıxış edərək, partiyanın fəaliyyəti, məqsədləri, siyasi strategiyası barədə vətəndaşları bilgiləndiriblər.

AXCP sədrinin müavini Ehtiram Mehtiyev çıxışında qeyd edib ki, partiyanın hədəfi xalqın inamını bərpa etməkdir:

“AXCP hər zaman haqqın yanında, mübarizənin önündə olub. Partiyamız 2015-ci ildə Azərbaycanda siyasi partiyalar arasında ilk dəfə demokratik, gizlin səsvermə yolu ilə Razi Nurullayevi sədr seçdi. Biz daha güclü olmaq üçün çalışırıq. Hədəfimiz xalqın müxalifətə olan itirilmiş inamını qaytarmaq və onların siyasətə maraqlarını bərpa etməkdir. Çünki xalq yalan vədlərdən yorulub və siyasətçilərə də öz maraqları üçün çalışan adamlar kimi baxır. Bunu yerinə yetirmək üçün insanlarla ayrı-ayrılıqda söhbətlər aparırıq. Əminik ki, xalq bizi yeni, fərqli  və səmimi siyasi qüvvə kimi qəbul edəcək. Biz bunun üçün var gücümüzlə çalışırıq, ictimaiyyətlə mütmadi görüşlər keçiririk”

AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə də tədbir iştirakçılarını partiya ətrafında birləşməyə çağırıb:

“Ölkədə siyasi müxalifətin formalaşması artıq,davam edir. AXCP artiq sizinlədir. Sizlərin dəstəyi ilə yalnız ölkədə dəyişikliklərə getmək olar. Bu gun ənənəvi müxalifətin və iqtidarın siyasəti nəticəsində sizlər ölkənin siyasi taleyindən kənarda qalmısız.Bizim məqsədimiz sizləri siyasi proseslərə cəlb etməklə, ölkənin gələcəyinin formalaşmasında rolunuzu artirmaqdır. Dövlət sizindi və biz sizlərdən ilham alırıq. Bir olaq, AXCP ətrafında birləşək. Sizlər də yeni lider və dəyişikliklər arzusundasız. Yeni lider Razi bəy, yeni dəyişikliklərə imza atacaq gücdədir. Razi Nurullayev gücü sizdən alır və sizlərə güvənir”.

Sonra AXCP sədri vətəndaşların problemlərini dinləyib, onların suallarını cavablandırıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений