Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədri: “Daş karxanaları bağlanmalıdır, çünki...”- SƏBƏBLƏR



“Xəbərlərdə gördüm ki, Qaradağ daş karxanalarına yeni elektrik xətləri çəkilir. Çəkilsin, təki insanların həyatı yüngülləşsin. Amma daş karxanalarını, mişar daşlarını Azərbaycan xalqının bəlası hesab edirəm”.
 
Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, bu fikrə düşmək üçün bir neçə səbəb var:
 
“Mən bəri başdan deyim ki, seçki platformamda yer alan məsələlərdən biri də daş karxanalarının bağlanması, bəzi yerlərdə isə qismən bağlanması olacaq. İcazə verilən karxanalar isə ciddi dövlət nəzarəti altında fəaliyyət göstərəcək. Birincisi, minlərlə insan sağlamlığını bu daş karxanalarında itirib. Konkret olaraq karxanalarda qul əməyindən istifadə olunur. İkincisi, mişar daşlarının istismarı ekoloji disbalans yaradır. Bu, təbiətə təcavüzdür. Digər yandan, ekoloji təmizliyə və sağlamlığa da fikir verilmir. Mişar daşının tozu, Bakı və ətrafında yaşayan insanların ağ ciyərinə az qala bir sm. qalınlığında hopub. Türkan kəndinin girişində acınacaqlı və faciəvi vəziyyəti görə bilərsiniz. Üçüncüsü, mişar daşını ekoloji təmiz məhsul hesab etmirəm. Vətəndaşlar evlərini bu daşlardan tikir və qışda isə qızdıra bilmir. Daş evlərdə yaşayanlarla sovet panel evlərində yaşayanların sağlamlığı eyni dərəcədə təhlükədədir.
 
Dördüncüsü, daş karxanaları real iqtisadi sektorun inkişafına maneə törədir. İndi bütün dünya qazobeton materialından istifadə edir. Ucuz, ekoloji təmiz və çox yüngül. Bakıda bir milyard dəyərində zavod tikilib, bəs nəticə hanı? Ekoloji təmiz məhsul istehsal edən fabriklər yaradılmalıdır. Ən azından xalq arasında dediyimiz qırmızı bişmiş kərpic istehsalı daha sağlam və ekoloji cəhətdən daha təmizdir. Sağlamlıq üçün də daha təhlükəsizdir. Daş karxanalarında bağlanan iş yerləri əvəzinə 10 dəfə çox yeni iş yerləri yaratmaq mümkündür. Sahibkarlara imkan verək, nəticəsini görək.
 
Beşincisi, mişar daşları Bakını və Azərbaycanın hər regionunu eybəcər hasarlara bürüyüb. Balaca ölkəmiz ancaq və ancaq mişar daşlarından ibarətdir. Bu hamıda, həm də məndə ikrah hissi oyadıb. Bu daşlara, sadəcə nifrət edirəm”.
 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений