Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP fəalları Ağstafada şəhidin yas mərasiminə qatılıb - FOTOLAR



Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Qazaxda mayın 20-də şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçusu Adil Tatarovun “Yeddi” mərasimində iştirak ediblər.

Bu bu barədə cebhe.info-ya AXCP sədrinin müavini Ehtiram Mehtiyev məlumat verib: “Bu gün AXCP-nin Qazax və Ağstafa şöbəsilə birlikdə şəhid Adil Tatarovun 7 mərasimində iştirak etdik. Doğmalarına səbr dilədik, şəhidimizin ruhuna dular etdik. Allah şəhidimizə rəhmət eləsin”.

Qeyd edək ki, Silahlı Qüvvələrimizin hərbçisi  Adil Əli oğlu Tatarov ordumuz tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısı alınarkən şəhid olub.

Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Aydın

Cebhe.info
 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений